Ağdamın icra başçısının səs yazısı yayıldı – Rüşvət bazarlığı (AUDİO)
Ağdam rayon icra başçısı Vaqif Həsənovun Xəzər rayon icra başçısının müavini işlədiyi dövrdə rüşvət alması ilə bağlı “youtube” sosial şəbəkəsində səs yazısı yayılıb.
Həmin səs yazısında başçı müavini işləyən Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən beş min (5) manat rüşvət alır. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan krediti götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.
AzToday.az-a verilən məlumata görə müavin vəzifəsindən Ağdam rayon ica başçısı təyin edilən Vaqif Həsənov hələ də Xəzər rayonunda “makler”likə məşğul olurmuş. Belə ki, Vaqif Həsənov vaxtı ilə işlədiyi vəzifədən sui-istifadə edərək Xəzər rayonunda torpaq alqı-satqısı, ev tikintisinə icazə və sair işlərlə bağlı tez-tez keçmiş icra başçısı Gülağa İslamovdan xahiş edirmiş. Hətta icra başçısının bir neçə dəfə bəzi “böyük” məsələlərin həllinə görə Ağdamdan Bakıya Xəzər rayonuna gələrək işi “yol”una qoymaq üçün Gülağa İslamovun qəbuluna da düşüb.
Məlumata görə dəfələrlə Vaqif Həsənov Gülağa İslamovu “üz-gözdən salaraq” sənədlərinin icazəsini sabiq başçısından keçirtdirib. Ancaq son bir aydır ki, Ağdam icra başçısının Xəzər rayonundakı “mekler”liyinə son qoyulub. AzToday.az-a verilən məlumatda bildirilir ki, Xəzər rayonuna yeni icra başçısı təyin edilən Elşən Salahov Vaqif Həsənovun bütün “arzuları”nın üstündən xətt çəkib.
Vaxtilə Elşən Salahovla birlikdə işləməsi və bundan sui-istifadə edərək köhnə işlərini davam etdirəcəyini düşünsə də hər şey tam tərsinə olub. (Bildirək ki, Vaqif Həsənov Xəzər rayon İcra başçısının birinci müavini işlədiyi dövrdə Elşən Salahov da Xəzər rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Təsərrüfatı şöbəsinin müdiri işləyib). Məlumata görə yeni icra başçısı Elşən Salahov Vaqif Həsənovun maklerliyinə son qoyaraq ona xəbər göndərib ki, bir daha hansısa bir sənədə görə ondan xahiş etməsin. Ümumiyyətcə Xəzər icra başçısı müavinlərinə və şöbə müdirlərinə qəti tapşırıq verib ki, Vaqif Həsənovla hər hansı bir iş görülməsin.
Qeyd edək ki, Vaqif Həsənov 2006-cı ildən 2011-ci ilə qədər Bakı şəhəri Qaradağ Rayon İcra hakimiyyəti başçısının müavini, 2013-cü ilə qədər Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini, 2013-cü ildən 2018-ci ilə qədər isə birinci müavini vəzifələrində çalışıb. Prezident İlham Əliyevin 28 avqust 2018-ci il tarixli Sərəncamı ilə Vaqif Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Aztoday.az
Geri qayıtHəmin səs yazısında başçı müavini işləyən Vaqif Həsənov vətəndaşa icra hakimiyyəti tərəfindən torpaq ayrılması və ev tikmək üçün icazənin verilməsi sənədi üçün əvəlcədən beş min (5) manat rüşvət alır. Səs yazısında vətəndaş “Mersedes” markalı avtomobilini sataraq hələlik pulun 5 min manatını gətirdiyini və yerdə qalanını isə bankdan krediti götürərək gətirib verəcəyini açıq şəkildə deyir. Başçı müavini Vaqif Həsənov isə rüşvət aldığı vətəndaşa narahat olmamağı və ömürlük sənəd verəcəyi vədini verir.