Astara Elektrik Şəbəkəsinin rəisinin əməkdaşla davasının videosu yayıldı

“Yeni Sabah” xəbər verir ki, videoda əməkdaş rəisdən öz səlahiyyətinə aid olmayan işlərə cəlb edilməsinə etiraz edir. O, rəisdən nəyə görə iş vaxtından artıq – saat 10-a qədər işlədildiyinin səbəbini soruşur.
Rəis isə ona bu haqda yuxarıdan göstəriş verildiyini qeyd edir.
Görüntülərdə adıçəkilən rəislə işçi arasında mübahisə bir müddət sonra davaya çevrilir.