Beyləqanın yeni təhsil şefi və qalmaqallı müavini haqda qəribə iddialar...

Beyləqanın yeni təhsil şefi və qalmaqallı müavini haqda qəribə iddialar... Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə dekabrda təyin edilən Tahir Həsənov hələ ki heç bir yeniliyi ilə diqqət çəkmir.

Cahan.info-nun məlumatına görə, Beyləqan təhsilini bərbad kökə salan Xuraman Rüstəmovadan sonra bir dəyişiklik nəzərə çarpmır.

RTŞ-də müdir müavini Hüsaməddin Babayevin hegemonluq etdiyi xəbər verilir. H.Babayev qalmaqallı kadrdır.

Bir müddət əvəvl cianews.info-ya verdiyi məlumatda bildirilirdi ki, H.Babayevin şöbəyə müdir əvəzi təyinatından qısa müddət sonra “meydan sulayıb”.

TŞ-nin müfəttişləri Suliddin Əsgərov, Tahir Babayev və İkram Cəlilovdan ibarət üçlük şəhər və kənd məktəblərinin kütləvi yoxlanılmasına start veriblər.

Rayon təhsil şöbəsinin müdir əvəzinin müvafiq göstərişi ilə başladılan yoxlama kampaniyası əsasən pul tələsidir.

Belə ki, hər üç müfəttiş "yoxladıqları" məktəblərin şagird və müəllim kollektivinin sayını nəzərə alaraq müdir əvəzinin göstərişinə əsasən 300, 500 və 1000 manatlıq "hörmət" tələb edirlər.

Məktəb direktorları Hüsaməddin Babayevin yoxlamasını öz aralarında "P əməliyyatı" adlandırırlar. H.Babayevin məktəb direktorlarının təbirincə desək, "P əməliyyatından" rayon TŞ-nin müdiri Xuraman Rüstəmovanın xəbəri yoxdur.

Cumhuriyyet.az isə yeni təhsil şefi haqda hələ çox əvvəl yazmışdı. Bildirilirdi ki, bu şəxs Beyləqan rayon Təhsil İşçilərinin Həmkarlar Təşkilatının müdiri Tahir Həsənovdur.

Keçmiş təhsil şöbəsi müdiri Tofiq Sadıqov özü haqqında mediada yayılan məlumatların bir çoxununun mənbəyi kimi Tahir Həsənovdan şübhələnibmiş.

İndi isə həmin şəxsin vəzifəyə gətiriləcəyi ehtimalı yarandıqda təhsil şöbəsinin müdiri də analoji üsuldan istifadə etmək qərarına gəlib.

Belə ki, Tahir Həsənovla bağlı mediaya məlumatlar ötürülməyə başlayıbmış.Tahir Həsənov haqda ən maraqlı fakt isə onu sədr vəzifəsinə təşkilatın üzvlərinin seçməməsidir.

Bununla bağlı cumhuriyyet.az-ın apardığı araşdırma zamanı məlum olub ki, T.Həsənovun ümumiyyətlə Beyləqan təhsilinə aidiyyatı olmayıb. O uzun müddət Füzuli rayon təhsil sistemində çalışıb.

Füzuli rayonunun 55 saylı məktəbin direktoru olub. Maraqlıdır ki, Beyləqan təhsil içşilərinin Həmkarlar İttifaqının rəhbərliyinə də o birbaşa Füzuli məktəbinin direktorluğundan gəlib.

Beyləqandakı mənbə cumhuriyyet.az-a bu proses haqda da maraqlı faktlar söylədi: “T.Həsənovun Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatına sədr gətirilməsi birbaşa keçmiş icra başçısı İrşad Əliyevin təşəbbüsü ilə olub.

O bu prosesin sonucu olaraq T.Həsənovu rayon təhsil şöbəsinin rəhbərliyinə gətirməyi düşünürdü. Amma vəzifədən alındığından bu istək də həyata keçmədi”.

Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə T.Həsənov başqa bir rayonun təhsil sistemindən birbaşa Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Beyləqan rayon təşkilatının sədri vəzifəsinə gəlməsi üçün iyirmi min manat nağd rüşvət verdiyini gizlətmir.

Əlbəttə bu iddianın nə dərəcədə doğru olduğunu deyə bilmərik.

Amma kənar rayonun təhsilindən birbaşa başqa rayonun həmkarlar ittifaqına rəhbər gətirilməsi prosesi çox müəmmalar yaradır.

Göründüyü kimi, Beyləqanın nə yeni icra başçısı, nə yeni təhsil şefi heç də yeni və kristal kadrlar hesab olunmurlar.

Onların keçmiş fəaliyyəti haqda kifayət qədər qaranlıq məqamlar, iddialar var.

Qarşı tərəfi dinləməyə hazırıq.
Geri qayıt