Füzulidə 8 Mart qeyd olundu

Füzulidə 8 Mart qeyd olundu Horadiz şəhərində Muğam Mərkəzində 8 Mart Qadınlar günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.

İH-dən xalqxeber.az-a daxil olan xəbərə görə, tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib. Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir.

Rayon qadınları Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 mart qadınlar bayramı münasibəti ilə təbrik ediblər.

Sonda qadınlara güllər təqdim olunub.

Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Füzulidə 8 Mart qeyd olundu
Füzulidə 8 Mart qeyd olundu
Füzulidə 8 Mart qeyd olundu
Füzulidə 8 Mart qeyd olundu
Geri qayıt