Şabran zibilliyə dönüb- ETSN rəsmiləri və icra başçısı Novruz Novruzov turistlərə “sürpriz” hazırlayır?-VİDEO

Şabran zibilliyə dönüb- ETSN rəsmiləri və icra başçısı Novruz Novruzov turistlərə “sürpriz” hazırlayır?-VİDEO Ətraf mühitin çirklənməsi bütün dünya üçün çox böyük problemdir. Ətraf mühit bir çox amillərdən çirklənir.

Aparılan təhlillərə, digər analoji rəqəmlərə və yanaşmalara əsasən, belə nəticəyə gəlmək olar ki, mövcud olan ətraf mühitin problemləri planetdə mühitin dəyişməsinə, torpağın dağılmasına, atmosfer və hidrosferin çirklənməsinə, insanların sağlamlığının pisləşməsinə gətirib çıxara bilər. Aparılan təhlillərə, digər analoji rəqəmlərə və yanaşmalara əsasən, belə nəticəyə gəlmək olar ki, mövcud olan ətraf mühitin problemləri planetdə mühitin dəyişməsinə, torpağın dağılmasına, atmosfer və hidrosferin çirklənməsinə, insanların sağlamlığının pisləşməsinə gətirib çıxara bilər.
Çirklənmə - insana, onun üçün qiymətli olan cansız təbiətin orqanizmləri və ehtiyatlarına arzu olunmayan təsirlər edən antropogen faktorlardır. Çirklənmənin başlıca səbəbləri istehsal prosesində məhsulların alınması zamanı yaranan tullantılardır ki, bunlar havanı, suyu çirkləndirir. Onunla əlaqədar olaraq sənaye tullantılarına inkişaf etmiş sənaye cəmiyyəti ilə təbiət arasında "maddələr mübadiləsi"nin özünəməxsus məhsulu kimi baxırlar.
Məsələ ondadır ki, Azərbaycanda sənayeü şəhəri olmayan yerlər də çirklənir və bərbad gündədir.
Azerinfo.az-ın təqdim etdiyi videoda Şabran şəhərində yaşıllıq ərazinin necə zibilxanaya çönməsi aşkar görünür.
Bu vəziyət nə icra başçısı Novruz Novruzovu, nə də şəhərin kommunal xidmətlərini narahat etmir. Amma etməlidir. Prezident İlham Əliyev ölkəmizdə turiuzmin inkişafı üçün var qüvvəsi ilə çalışır. Postneft dövründə turizm əsas prioritet sahələrdən hesab olunur.

Novruz Novruzov hesab edir ki, zibillənmiş Şabran turistlərə daha xoş gələcək?

Diğər tərəfdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev mətbuata ətraf mühiti çirkləndirənlərə qarşı necə mübarizə aparmaları ilə bağlı hər il statistik məlumat açıqlayır. Həqiqətdə biz bu mübarizəni görmürük. Əks halda cənab Mirzəyev 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Ədilov Rafiq Seyfulla oğluna arada başını taxta-yeşik biznesindən ayırıb ətraf mühitin qorunması ilə məşğul olmağı tövsiyyə edərdi.

Muxtar Babayev bu haqda nə düşünür görəsən..

Azerinfo.az
Geri qayıt