Əhmədzadənin adamları Ağdamda camaata divan tutur

Əhmədzadənin adamları Ağdamda camaata divan tutur Hökumət kənd təsərüffatının inkişafı ilə bağlı zaman-zaman dövlət proqramları hazırlayır, fermerlərlə mütəmadi görüşlər keçirir, yerlərdə maarifləndirmə işləri aparır.

Bununla yanaşı mütəmadi Kənd Təsərrüfatı nazirliyində struktur dəyişikliyi də həyata keçirilir. Təbii ki, bütün bunlar kəndli və fermerdə bu sahəyə olan ümidlərini bir az artırır. Amma görünür bu istiqamətdə problemlər hələ də tam həllini tapmayıb. Belə ki, suvarma mövsümünün başlanmasına baxmayaraq, Ağdam rayonundakı hektarlarla torpaq sususz qalıb. Bunu Cebhe.info-ya şikayətində Ağdamın Əfətli kəndinin sakini Qorxmaz Həsənov deyib. O, qeyd edib ki, hazırda 30 hektarda pambıq əksə də, torpağa su verə bilmir. Halbuki ona məxsus sahənin yanında 2017-ci ildən arteziyan quyusu qurulub:

"2017-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə rayonumuzda 30 arteziyan quyusu qurulub. Mənim əkin sahəmin 5 metrliyində də arteziyan quyusu var. Amma biz bundan istifadə edə bilmirik. Bir dəfə sel gəldi, o zaman onun suyu ilə əkin sahəmi suladım. Normalda 15 gündən bir ərazini sulamaq lazımdır. Artıq 13 gün keçib. 2 gündən sonra sahə sulanmasa bütün pambıq zay olub gedəcək. Bu boyda əziyyət çəkmişik, 30 hektar az sahə deyil. Həm də bildiyiniz kimi pambıq əkimi prezident İlham Əliyevin də diqqət mrkəzindədir. Amma buna baxmayaraq, bizə su verilmir".

Q.Həsənov onunla bərabər başqa fermerlərin də sahələrinin susuz qaldığını bildirdi və qeyd etdi ki, məsələ ilə bağlı bütün aidiyyatı qurumlara müraciət ediblər. Lakin çüsbət cavab ala bilməyiblər:

"Melorasiya və Su Təsərüffatı ASC-nin Ağdam rayon şöbəsinin rəisi Hafiz Əzimovun yanında olduq. O, bizə arteziyanın yalnız qurumun rəhbəri Əhməd Əhmədovun icazəsi ilə aça biləcəklərini bildirdi. Hafiz Əzimov dedi ki, Əhməd Əhmədzadə nə vaxt icazə versə, onda da su veriləcək. Hətta, Ağdam rayon icra başçısını əvəz edən şəxsin də yanında olduq. O da bu barədə bizə kömək edə bilməyəcəyini bildirdi. Bir sözlə yaxın vaxtlarda su verilməzsə bütün zəhmətimiz hədər gedəcək. Aidiyyatı qurumlardan xahiş edirik ki, bu məsələ ilə bağlı bizə köməklərini əsirgəməsinlər".

Məsələ ilə bağlı "Melorasiya və Su Təsərüffatı" ASC-nin də mövqeyini işıqlandırmağa hazırıq.
Geri qayıt