Rəcəb Babaşov sakinlərdən qaçır... - "..."nə bilim vallah" deyib, çiyinlərini çəkir"

Rəcəb Babaşov sakinlərdən qaçır... - "..."nə bilim vallah" deyib, çiyinlərini çəkir" Redaksiyamıza müraciət edən Qazax rayon sakinləri iddia edirlər ki, rayonun icra başçısı Rəcəb Babaşov hansısa səbəblərdən dolayı yerli camaatı qəbul etməkdən çəkinir.

DİA.AZ-a daxil olan müraciətdə deyilir: "Rəcəb Babaşovun qəbuluna düşən qazaxlı nəzir paylayır. Bu adam bizi qəbul etmir nədirsə. Bilmirik hara şikayət edək. İcra hakimiyyətinin qapısında dayanan polisin isə nə dini var, nə imanı... Kimsəni yaxın buraxmır. Deyir ki, başçı yoxdur. Ən yaxşı halda hansısa şöbə müdiri ilə görüşürük. O da problemləri dinlədikdən sonra, "nə bilim vallah" deyib, çiyinlərini çəkir.

Rəcəb Babaşov isə öz kef-damağındadır. Bir dəfə də olsun yerli sakinləri dinləməyib. Hesabatlara salmaq üçün yalandan görüşlər təşkil edir. Gedir kəndlərə, zalı öz adamları ilə doldurur, onlarla danışır. Adı da olur GÖRÜŞ...

Biz nə edək, bilmirik.

Cənab prezidentimizə müraciət edirik. Bizi Rəcəb Babaşovun əlindən xilas etsin. Xahiş edirik. Bizə bii dinləyən, dərdimizi dinləyib, problemlərimizi həll edən başçı göndərsin".

Rəcəb Babaşovla əlaqə saxlamaq istəsək də, başçı telefon zənglərimizə cavab vermədi.

Yenə də qarşı tərəfi də dinləməyə hazırıq.
Geri qayıt