Rafiq Ədilov Şimal meşələri qırmaq üçün kimləri vəzifəyə alır -VİDEO

Rafiq Ədilov Şimal meşələri qırmaq üçün kimləri vəzifəyə alır -VİDEO Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi heç bir nəticə vermədi. Hüseyin Bağırovun dövründə meşələr necə qırılırdısa indi də eyni vəziyyətdir.

Uzun illərdir meşələri soyqırıma uğratmış korrupsiyalaşmış məmurlar yenə iş başındadırlar.

Azerinfo.az xəbər verir ki, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin rəisi Ədilov Rafiq Seyfulla oğlunun toxunulmaz məmur statusu qazanıb.

Dəfələrlə Xaçmaz, Xudat, Şabran, Siyəzən ərazilərindəki ağac kəsimləri haqda xəbər vermişik. Nəticə, reaksiya yoxdur. Ən dəhşətli vəziyyət Xaçmaz-Quba zonalarındadır.

Burada meşələr vəhşicəsinə qırılır. Rayon ərazilərindəki yeşik və mebel sexlərinə daşınır.

Biz bu faktları deyəndə Rafiq Ədilov belə şeylərin olmadığını demişdi və təklif etmişdi ki, onun işçiləri ilə birgə reyd keçirək. Azerinfo.az əməkdaşları Xaçmazın Nərəcan kəndindəki sexi göstərəndə Ədilovun işçiləri duruxdular. Əvvəlcə dedilər ki, sahibkarların həyətinə özbaşına girə bilməzlər. Sonra dedilər ki, çəkiliş olmaz.Sexin həyətində diametri bir metrdən çox ağacların guya şəxsi həyətlərdən kəsilməsi ilə izah etdilər. Axı şəxsi həyətdə nə qədər ağac kəsilə bilər?

Quba, Qusar, Xaçmazdakı parnikləri taxta yeşiklə təmin etməkdən ötrü yüz minlərlə yeşik lazımdır. Bütün mür-meyvə, tərəvəz bu yeşiklikdə satılır. İndi hesablayın bunları istehsal etmək üçün neçə min kub ağac lazımdır. Sexlərin həyəti meşə materialları ilə doludur.

Əlbətdə, bələdiyyəıdən saxta sənədlər düzəldib bizim yanımızda ekoloqların gözünün qarşısında oynatmaq sadəcə yaxşı bir teatr idi. Bu teatrın quruluşcu rejissoru elə Rafiq Ədilovdur. Bu gizli taxta sexlərindən olan reportajları da yaxın vaxtlarda təqdim edəcəyik.

Hacı Rafiqin işçiləri hər bir vəhclə tədbir keçirməkdən yayınmaq istədilər, gah dedilər səlahiyyət sahibi elə Rafiqdi, mızıldandılar ki, onlarlıq heç nə yoxdu və sair. Bu səbəlbər ucbatından ekoloqlarla birgə reydimiz alınmadı. Aşkar görünürdü ki, nazirlik işçiləri ilə taxta sexlərinin sahibləri əlbirdirlər.

Meşələri qırmaq üçün bu çirkli işə bulaşmış şəxslər yenidən işə götürülür. Nazirlikdə birbaşa meşələrin mühafizəsinə səlahiyyətli şəxs olan Söhrab Abbasov

Qubada əvvəllər qırıntıya görə 7 ay da həbs yatmış Kərimov Əfqan adlı bir nəfəri də yenidən işə götürüb, Quba meşəsinin birinci dolayından muğayat olmağı tapşırıblar. Anlaşılan qurda quzu tapşırıblar. Niyə??? Necə yəni niyə? Başqa cür ola da bilməz... Söhrab Abbasov bu suala cavabv versə yaxşı olar. Baş meşəbəyi də Quludur, vaxtı ilə o da qırıntıya görə cəzalandırılıb, indi BAŞ olub...

Ekologiya və Təbii Sərvətlər Nazirliyi struktur dəyişikliyi aparıb. Şimalda Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz (Yalama) meşə təsərrüfatlarını birləşdiriblər. Regional bir struktur kimi işləyəcəklər bundan sonra. İşçilər deyir əvvəllər qazandığımızı rayondakı icra hakimiyyətləri və digər orqanlarla bölməli olurduq. İndi day bizi "yükləyə" bilməyəcəklər. İndi heç bir rayondakı idarə pulunu onlara “yükləməyəcəklər”.

Sosial şəbəkələrdə də Xaçmaz meşələrindəki vəziyyətlə bağlı yayılmış videoları təqdim edirik.

Bunlar Muxtar Babayevə olan inamı sarsıda bilər. Hüseyn Bağırovun vaxtında yenə yazılara reaksiya verilirdi. İndi daha çox ağac qırılır və nazirlik susur. Biz taxta sexlərini, oradakı min kublarla ağacları, cinayətin izlərini göstərə bilərik. Ancaq görünən o ki, bunda heç kim maraqlı deyil. Mövcud şərait Söhrab Abbasovu da, Rafiq Ədilovu da, hətta naziri də qane edir.

Mövzuya davam edəcəyik.

Azerinfo.az


Geri qayıt