Lənkəranın icra başçısı ilə bağlı qərar verilə bilər - Qaraşov işsiz qalmayacaq
Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla bağlı yaxın günlərdə qərar verilə bilər. Xatırladaq ki, bir neçə gün əvvəl Qaraşovun Bakıya - Hacıbala Abutalıbovun yerinə mer təyin olunacağı haqda informasiyalar yayılmışdı. Amma sonradan DİA.AZ-a məlumatla bağlı açıqlamasını yollayan sözügedən RİH sözçüsü yayılmış xəbəri təkzib etdi.
Son olaraq daxil olan informasiyalardan isə aydın olur ki, Taleh Qaraşov həqiqətən də Lənkəranda çox oturmayacaq. Mənbənin dedikləri:
"Yaxın vaxtlarda qərar rəsmən elan olunacaq. Lənkərana yeni başçı gətirilir. Taleh Qaraşov isə mütləq yeni təyinatla mükafatlandırılacaq. Onun hansı posta təyin olunacağı dəqiqləşdirilir".
DİA.AZ
Geri qayıtSon olaraq daxil olan informasiyalardan isə aydın olur ki, Taleh Qaraşov həqiqətən də Lənkəranda çox oturmayacaq. Mənbənin dedikləri:
"Yaxın vaxtlarda qərar rəsmən elan olunacaq. Lənkərana yeni başçı gətirilir. Taleh Qaraşov isə mütləq yeni təyinatla mükafatlandırılacaq. Onun hansı posta təyin olunacağı dəqiqləşdirilir".
DİA.AZ