Raqub Məmmədov getdi, Kəlbəcərin təhsil şefi yenə... yerinə göz dikdi

Raqub Məmmədov getdi, Kəlbəcərin təhsil şefi yenə... yerinə göz dikdi Ağdamın icra başçısı Raqub Məmmədov vəzifədən çıxarıldıqdan sonra Kəlbəcər təhsil şöbəsi müdiri Elmira Şükürova yenidən onun yerinə göz dikib

E.Şükürova bu post uğrundan dəridən-qabıqdan çıxırdı. Amma R.Məmmədov təyinat almışdı.

Prezidentin Ağdama hələ də icra başçısı təyin etməməsi E.Şükürovanı ümidləndirib. Kəlbəcərin deputatı Cavid Qurbanovla qohumluq əlaqəsindən istifadə edən E.Şükürova icra hakimi təyin olunacağına həvəslənib.

Amma onun şanslarının az olduğu bildirilir. Çünki reputasiyası qalmaqallarla doludur.

O, Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi neçə illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atmışdı.

Lakin atası Əvəz Şükürovun 1993-95-ci illərdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı olması, 1995-ci ildə keçmiş Baş nazir Surət Hüseynov dövlət çevrilişinə cəhd göstərdiyi zaman Surət Hüseynovu dəstəklədiyi üçün mərhum prezident Heydər Əliyev tərəfindən vəzifədən alınması E.Şükürovanın üzərindən xətt çəkib.

Eyni zamanda dosyedə oğlunun qumarda külli miqdarda pul uduzmasının qeyd olunması təhsil şöbəsi rəhbərinin icra başçısı olmaq imkanlarını tükəndirib.

Son günlər yenidən fəallaşdığı və C.Qurbanova minnətçi düşdüyü barədə iddialar səslənir. Ancaq bu cəhdlərinin boşa çıxdığı deyilir. Çünki prezident özü istədiyi şəxsləri yerlərə təyin edir.

Elmira Şükürovanın Gəncə Məhkəməsində işləyən övladı Emin Bayramov «Topaz»ın əsas müştərilərindən biri hesab olunur.

Elmira Şükürova heç də imkansız biri olmayıb və onun külli miqdarda sərvətə malik olduğu da sirr deyil. Həmin məlumatlara görə, sözügedən şəxs Ağdamda işlədiyi zaman Bərdə şəhərində bir neçə iri obyekt alıb.

Araşdırmalar zamanı o da bəlli olub ki, təhsil şöbəsinin müdiri həmçinin Ağdam-Bərdə yolunun üzərində iri heyvandarlıq kompleksinin də sahibi kimi tanınıb. Uzun müddət fəaliyyətdə olan bu kompleks sonradan satılıb.

Media üzərindən xəbər veririk ki, bir neçə il öncə Ağdam rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürovanın bir milyon manat verməklə Ağdam rayonuna icra başçısı təyinat alacağı ilə bağlı müxtəlif qəzetlərin manşet xəbəri kimi yayılmışdı.

İddia olunurdu ki, həmin vaxt icra hakimiyyətinin başçısı Həsən Sarıyevin hakimiyyət qarşısında limiti bitdiyi üçün onunla ciddi konfliktdə olan və Ağdam təhsil şöbəsinin müdiri Elmira Şükürova millət vəkili Cavid Qurbanovun köməkliyi sayəsində Ağdama icra başçısı gətirilir.

Ancaq Həsən Sarıyevdən sonra Elmira Şükürova deyil Ağdam rayon İcra Hakimiyyəti postuna Nizami Sadıqov oturdu.

Yeni təyinat alan başçıya da tapşırıldı ki, Şükürova gələcəkdə işləyəcək komandasından kənarda saxlamasın.

Nizami Sadıqovdan sonra isə bu vəzifəyə “reket”çiliyə görə tutduğu vəzifədən uzaqlaşdırılan Eldar Mahmudovun adamı olduğu üçün o dövrdə vəzifəyə gətirilən Raqub Məmmədova bata bilmədiyin gördükdə isə, bu dəfə Elmira Şükürovanın arxasındakı oliqarx Kəlbəcər rayon təhsilinə müdir vəzifəsinə təyin olunmasına nail olur.

Elmira Şükürova həbs təhlükəsindən son anda xilas olub. O, Ağdam Təhsil Şöbəsinə rəhbərlik etdiyi neçə illər ərzində saysız-hesabsız qanun pozuntularına imza atmışdı.

Bunu nəzərə alan Maliyyə Nazirliyinin əməkdaşları bir neçə ay əvvəl şöbədə yoxlama aparıb. Yoxlama zamanı dövlət büdcəsindən təhsil şöbəsinin saxlanması üçün ayrılan vəsaitlərin təyinatı üzrə xərclənmədiyi aşkar edilib.

Bununla bağlı maliyyə naziri Samir Şərifova məruzə edən nazirlik işçiləri şöbə müdirinin barəsində sərt tədbirlərə imza atmaq istəyiblər.

Nazir tərəfindən də bu işə razılıq verilib. Amma son anda yüksək rütbəli şəxslərdən birinin məsələyə qarışması Elmira Şükürovanın həbs təhlükəsindən yayınmasına kömək olub.

Belə ki, şöbə müdiri vəzifəli şəxslərdən biri ilə qohumdur. Deyilənə görə, onun Kəlbəcər Rayon Təhsil Şöbəsinə müdir təyin olunmasında həmin məmurun böyük rolu olub.

Əslində, xanım Şükürova bu günə kimi həyata keçirdiyi özbaşına əməllərinə görə yeni vəzifə ilə təmin edilməməli idi.

Çünki bu şəxsin Ağdam Təhsil Şöbəsinə rəhbərlik edərkən hansı işləri görməsi çoxlarına məlumdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az
Geri qayıt