Əbülfəs Qarayevin Ağcabədidə kadrının xəlvəti “əməliyyatı” - İddialar

Əbülfəs Qarayevin Ağcabədidə kadrının xəlvəti “əməliyyatı” - İddialar Ağcabədidə mədəniyyət klubları, kitabxanalar baxımsızlıqdan xəritədən silinir

Media üzərindən məlumat əldə edilib ki, adı var, özü yox mədəniyyət mərkəzlərdə “ölü can”lar saxlanır.

Bu gizli işlərin arxasında Rza Quliyev dayanır. O, R.Quliyev ki, Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsinin rəisidir.
Nazir Əbülfəs Qarayevdən xəlvət işlər həyata keçirən R.Quliyev tarixi abidələri, kitabxanaları, klubları başdı başına buraxıb.
Ağcabədidə 73 kitabxana, 20 mədəniyyət evi, 22 klub, 1 tarix-diyarşünaslıq muzeyi, Həmidə xanım Məmmədquluzadənin ev-muzeyi, 1 incəsənət məktəbi, 8 uşaq musiqi məktəbi fəaliyyət göstərir.
Müxtəlif saytlarda yayılmış xəbərlərdə bildirilir ki, mədəniyyət klubları, kitabxanaların işçiləri arasında “ölü can”lar saxlanır. Onlar R.Quliyevin gəlir mənbələridir.
İdarə rəisi mədəniyyət şöbəsi müdiri olduğu dövrdə də, struktur dəyişikliyindən sonra da “qaz vurub, qazan doldurur”.
Ancaq bu “əməliyyatı” həyata keçirməsində nazirlikdə havadarlarının olduğu və onu qoruduğu bildirilir.
İddialara görə, onlar nazirə R.Quliyevin təqdimatını verərək yaxşı kadr olduğuna inandırıblar. Əvəzində isə Ağcabədidə istədiyi işləri görə bilər.
Rza Quliyev təkcə bu yolla deyil, həmçinin şəxsi biznesi ilə də pul qazanmağa çalışır. Onun Ağcabədidə bir neçə obyektinin olduğu deyilir.
Media üzərindən məlumat əldə etmişik ki, R.Quliyevin əsas gəlir mənbəyi kənd mədəniyyət evlərinə, klublarına və kitabxanalarına yaxın adamlarının adlarını yazdırmasıdır.
Hər ay qanunsuz olaraq dövlət büdcəsindən bir neçə min manat vəsait oğurlanır. Bu məsələdə Ağcabədi maliyyə rəisinin də rolu az deyil. R.Quliyev maliyyə rəisini də görüm-baxım etməsə vəziyyət qəlizləşə bilər.
Nəticədə kəndlərdəki mədəniyyət evlərinin və klublarının təmiri üçün hər il rayon büdcəsindən yüz min manatlarla vəsait çıxardaraq bölürlər.
Büdcədən çıxarılan vəsaitləri sənədləşdirmək üçün isə kənd mədəniyyət evlərini və klublarını rəngləyirlər. İcra başçısı saxta tender yolu ilə Ağcabədi rayon Mədəniyyət şöbəsi 102624 manat mənimsəyib.
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi tabeliyində Ağdam, Laçın mədəniyyət evləri, musiqi məktəbləri və klublar daxildir. Bunların çoxunun adı var, özü yoxdur.
İdarə rəisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təyinatı Ağacabədi və ətraf rayonların mədəniyyət sahəsinə heç bir müsbət fayda verməyib.
Bu yaxınlarda mədəniyyət və turizm obyektlərinin təmiri və bərpası ilə əlaqədar tender elan edilmişdi. Rza Quliyevin nəzarəti altında həyata keçirilməkdə olan prose sisə «uğurla» sonlandırılır.

Fia.Az
Geri qayıt