RAMİN QULUZADƏNİN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB”

RAMİN QULUZADƏNİN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB” Bu gün Ağstafa rayon Avtovağzalına məxsus inzibati binadan rəhbərliyin daha çox gəlir əldə etmək məqsədilə istifadə etməsi, bəlkə də kimlərinsə diqqətini o qədər də cəlb etmir. Amma, reallığa diqqət yetirməklə yaşananları ayrıd etmək, atılan addımların birbaşa qanunsuzluğa söykənməsini və cinayət məsuliyyəti yarada bilməsini müəyyən etmək və s. heç də o qədər çətin məsələ deyil. Məsələn, Deryaz.az saytı əməkdaşının redaksiyamıza çatdırdığı məlumatlardan və təqdim etdiyi çəkilişlərdən də aydın olur ki, hal-hazırda rayonun Avtovağzalına məxsus inzibati binadan heç də əsər-əlamət qalmayıb. Sadəcə olaraq həmin binanın giriş hissəsində “Avtovağzal” sözünü oxumaqla müəyyən etmək olur ki, Ağstafa rayonundakı avtovağzal həmin binada yerləşir. Elə ki, binanın ümumi görünüşünə diqqətlə diqqət yetirirsən, o halda bəlli olur ki, üzərində “Avtovağzal” sözü yazılan bina avtovağzal binası deyil, sanki hansısa bir ticarət mərkəzidir. Çünki, həmin binanın ayrı-ayrı otaqlarından avtovağzala aid deyil, digər məqsədlər üçün istifadə olunur. Məsələn, həmin binanın otaqlarında çexol sexi, çayxana, yeməkxana, ərzaq məhsullarının saxlanması üçün anbar, ərzaq mağazası və məişət əşyalarının təmiri və s. məqsədlər üçün istifadə olunur və hər otağın çöl hissəsində hansı otaqdan hansı məqsədlər üçün istifadə olunması ilə bağlı elanlar da yazılıb. Elə ki, avtovağzalın bilet satışı kassasının, həkim otağının, gözləmə zalının və s. axtarışına çıxırsan, o halda onları tapmaq, hansı otaqda yerləşmələrini müəyyən etmək “mükül məsələ”yə çevrilir. Yəni, reallıq ondan ibarətdir ki, avtovağzal rəhbərliyi “ağa nəzərəm, belə gəzərəm” düşüncəsi ilə hərəkət edərək, bu gün bilib düşündüyü addımlarını atmaqdadır. Yəni, Avtovağzalın rəhbərliyi Ağstafa rayon Avtovağzalına məxsus otaqları ayrı-ayrı iş adamlarına icarəyə verib və gün ərzində də, külli miqdarda gəlir əldə edir. Təəccüb və təəssüf doğuran hal odur ki, avtovağzal binasına məxsus otaqlardan müxtəlif məqsədlər üçün istifadə olunan zaman nə əmək intizamının tələblərinə riayət olunur, nə də ki, kassa aparatından istifadə olunur. Belə bir halın varlığı da, kimlərinsə vergidən yayınmasına yollar açmaqla bərabər, cinayət məsuliyyəti də yaradır.

Avtovağzal ərazisinin natəmizlik çirkabında boğulması, icarəyə verilmiş gözləmə zalında fəaliyyət göstərən çayxanada antisanitariyanın tüğyan etməsi və s. onu söyləməyə əsas verir ki, hazırda bu sahəyə rəhbərlik edən şəxsi avtovağzala aid problemlərin həlli deyil, hansı yolla olur-olsun belə daha çox gəlir əldə etmək düşündürür.

Hələ bunlar harasıdır? Avtovağzal ərazisində yerləşən və avtovağzala məxsus nəqliyyat vasitələrinin təmiri məqsədilə nəzərdə tutulan təmir otaqlarından da təyinatı üzrə istifadə olunmur. Yəni, açıq-aydın şəkildə görünür ki, rəhbərlik inzibati binadan kənarda yerləşən otaqları da kimlərəsə icarəyə verib. Məsələn, həmin otaqlardan bəzilərində plastik qapı-pəncərə düzəldilir. Qol qoyulan bu cür əməllər birbaşa qanunsuzluq əməlləri olsa da, hələ ki, ümumi ab-hava yaşanmaqdadır. Amma o hala da inanırıq ki, bu açıqlamanın dərcindən sonra cənab Ramin Quluzadə Ağstafa Avtovağzalında yaşanan çoxsaylı qanunsuzluqlara xüsusu diqqət yetirəcək və müvafiq qərarınıda açıqlayacaq.
Sözsüz ki, bu cür addımların atılması ümumi fəlakətimiz, həyatımız üçün təhlükə yaradacaq halların varlığıdır.

Problemlərin varlığını diqqətdə saxlayacağıq.

Deryaz.az

RAMİN QULUZADƏNİN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB”
RAMİN QULUZADƏNİN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB”
RAMİN QULUZADƏNİN KADRI AĞSTAFADA AVTOVAĞZALI “BAZARA ÇEVIRIB”
Geri qayıt