Füzulidə Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi-FOTO

Füzulidə Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi-FOTO Azərbaycan Respublikası Prezidentinin Xocalı faciəsinin 25-ci ildönümünün keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq fevralın 26-da Horadiz şəhərində Muğam Mərkəzində anım tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilatları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Tədbirdə Xocalı faciəsi qurbanlarının xatirəsi 1 dəqiqəlik sükütla yad edilmiş, ruhlarına dualar oxunmuşdur.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Xocalı soyqırımından danışmış, faciə qurbanlarınını xatirəsini ehtiramla yad etmişdir. Alı Alıyev bildirib ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. 25 il əvvəl 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xankəndində yerləşdirilən keçmiş sovetlər birliyinə məxsus 366-cı alayın köməyi ilə Xocalı şəhərinin dinc mülki əhalisinə təcavüz edərək, Xocalı şəhərini yerlə-yeksan etdilər. Xocalı soyqırımı zamanı 613 nəfər dinc azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, 1275 nəfər dinc sakin əsir götürülmüşdür. Dinc əhaliyə qarşı bu cür qeyri-insani əməllər erməni millətçiliyinin əsl mahiyyətini dünyaya nümayiş etdirmişdir. Qanlı hadisələr zamanı vəhşi təcavüzün əsas obyekti kimi köməksiz qadın və uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsi faktı bəşəriyyət tarixində qanlı ləkə kimi qalacaqdır.
Alı Alıyev qeyd edib ki, bu dəhşətli hadisəyə ilk dəfə hüquqi-siyasi qiymət Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilmiş, 1994-cü ildə Ulu öndərin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı günü kimi qəbul etmişdir. Prezident cənab İlham Əliyev isə Xocalı faciəsini təcavüzkar erməni millətçilərinin yüzilliklər boyu Azərbaycan xalqına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirmişdir.
Alı Alıyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmısı istiqamətində Azərbaycanın irinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gördüyü işlərdən, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın Xocalıya Ədəalət kompaniyası çərçicəsində dünya miqyasında həyata keçirdiyi tədbirlərdən bəhs etmişdir.
Sonra Rayon Dövlət Dram Teatrı tərəfindən Xocalı soyqırımına həsr olunmuş Ana əfryadı adlı poetik kompozisiya nümayiş olundu.
Xocalı soyqırımının 25-ci ildönümünün keçirilməsi haqqında rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilmişdir.

Füzulidə Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi-FOTO
Füzulidə Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi-FOTO
Füzulidə Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi-FOTO
Füzulidə Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi-FOTO
Füzulidə Xocalı soyqrımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirildi-FOTO
Geri qayıt