Laçında trio talan: maliyyə və təhsil rəisləri olan Həsənovlar kimdir?- Dosye

Laçında trio talan: maliyyə və təhsil rəisləri olan Həsənovlar kimdir?- Dosye Nicat Həsənov ixtisasca iqtisadçıdır. Bundan əvvəl kağız üzərində fəaliyyət göstərən Uşaq Gənclər İdman məktəbinin rəhbəri vəzifəsini tutub.

İndi Laçın rayon təhsil şöbəsinin direktorudur. Onun heç bir pedoqoji fəaliyyəti olmayıb.

Məktub yazan bir qrup laçınlı müəllim sual edir ki, təhsil naziri Ceyhun Bayramov və rayonun icra başçısı Aqil Nəzərli niyə onu vəzifədə saxlayır.

Pedaqoji fəaliyyəti olmayan N.Həsənov Laçın rayonuna aid 120-dən çox ümumtəhsil məktəbə nəzarət edir. Onların içərisində potensialı, təcrübəsi olan direktorlar işləyir.

Amma nazir və icra başçısı heç birini təhsil şöbəsi rəhbəri postunda görmür, pedaqogikadan uzaq birini bu vəzifəyə gətirə bilir.

Mediada N.Həsənov haqda iddialardan biri belədir ki, külli miqdarda vəsait hesabına təhsil şefi təyin olunub. O da Laçında təhsili bazara çevirib ki, verdiyini çıxara bilsin.

N.Həsənov təkcə 2016-2017-ci tədris ilinin məktəb şəbəkələrini qəbul edərkən direktorlardan sinif komplektlərinin sayında asılı olaraq 1000-1500 manat rüşvət yığdırmışdı.

O, təhsil haqqında qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq ümumtəhsil məktəblərində sinif komplektləri normadan artıq saxlanılması üçün direktorlara 2-3 uşağın adına şəbəkə tutdurmuşdu.

2018-ci ildə də bu fəaliyyətini genişləndirib. KİV yazır ki, N.Həsənov ümumtəhsil məktəblərindəki texniki ştatları 500 manata satırmış.

Dövlət büdcəsindən Laçının ümumtəhsil məktəblərinin 2016-2017-ci tədris ili üçün zəruri və əsaslı təmir bərpa işlərinə ayrılan vəsait yoxa çıxıb. Belə ki, dövlətin pulundan bir qəpik də məktəblərin təmirinə xərclənməyib.

Saytlar yazır ki, N.Həsənov bu vəsaiti Laçın rayon maliyyə şöbəsinin rəisi olan qardaşının peşəkar maxinasiyası və icra başçısının nəzarəti altında həzm-rabedən keçirib.

Deyilənə görə, N.Həsənov “Təhsil haqqında” qanunu pozaraq rüşvət almaqla müəllimləri kənar məktəblərdən mərkəzlərə yerdəyişmə edir.

Bundan əlavə, 100-dən çox 9, 10, 11-ci sinif şagirdlərinin hər birindən 500 manat rüşvət alınaraq Laçının Bakıda yerləşən 50-dən məktəblərinin siniflərinə qəbul edildiyi söylənir.

Təbii ki, bu qanunsuzluqlar icra başçısı və maliyyə rəisi olan qardaşının himayəsi altında həyata keçirilir.

İcra Hakimiyyəti başçısı yanında Şura üzvü, rayon maliyyə rəisi Vüsal Həsənov qardaşının təhsildəki yeyintilərinə don geyindirir, ört-basdır edir.

Laçında kifayət qədər təhsilli, ziyalı, savadlı kadrlar olduğu halda Həsənov qardaşlarının iki mühüm şöbənin rəhbər vəzifələrini zəbt etməsi sual doğurur.

Buna cavablarında isə qeyri-rəsmi olaraq “Ceyhun Bayramovla qardaşı Azər Bayramov yüksək vəzifələr tuta bilir, niyə də biz yox?!” dedikləri iddia olunur.

Rayona ayrılan maliyyənin talan edilməsi, büdcə təşkilatlarına “divan tutulması”, təhsilin bərbad günə salınmasında Həsənovların rolu nə qədərdirsə, onlara havadarlıq edən A.Nəzərlinin payı da az deyil.

Bu detallarla bağlı bütün tərəfləri hörmətlə dinləyib mövqeyini dərc etməyə hazırıq. //FİA.Az//
Geri qayıt