Beyləqan İcra Hakimiyyəti başçısının I-ci müavini Telman Məstanov ''Azpetrol''la rəqabətə girib - FOTOLAR

Beyləqan İcra Hakimiyyəti başçısının I-ci müavini Telman Məstanov ''Azpetrol''la rəqabətə girib - FOTOLAR Mətbuat Beyləqan rayon İcra Hakimiyyətində baş verən olaylarla bağlı mütəmadi məlumatlar dərc edir. Məsələnin ən qəribə tərəfi isə bu qurumda çalışanlar baş verənlərdən nəinki nəticə çıxarmırlar, əksinə əməlləri ilə hadisələri daha da tündləşdirirlər. Xatırladaq ki, bir müddət əvvəl rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aytən Hidayət qızı Mirzəyeva haqqında mətbuatda müxtəlif məzmunlu məlumatlar dərc edilirdi. Sonradan məlum oldu ki, həmin məlumatları mediaya öz əlaltıları vasitəsilə ötürən İHB-nın birinci müavini Telman Məstanov imiş. Onu da xatırladaq ki, rayon rəhbərliyinin çalışdığı qurumda qanunsuz tələblərinə iradə nümayiş etdirən bu xanımın yaxın günlərdə paytaxtın Binəqədi rayonuna İHB vəzifəsinə təyin olunacağı haqqında da məlumatlar dolaşmaqdadır.

Rayon İH-dəki mənbənin bildirdiyinə görə Telman Məstanovun "fəaliyyəti" yalnız xanım kolleqası ilə bağlı şantaj xarakterli məlumatların mətbuata ötürülməsi ilə sərhədlənmir. I müavin Beyləqan şəhər Magistral küçəsində yerləşən "Xudəfərin" şadlıq sarayı ilə üzbə - üz illər öncə salınmış yaşıllıqda əsl soyqırımla da məşğuldur. Belə ki, həmin ərazidə yanacaqdoldurma məntəqəsi tikdirən I müavin yanacaq depolamaq üçün nəzərdə tutulan iri tutumlu çənləri yerləşdirmək məqsədilə ərazidəki ağacların kütləvi şəkildə qırılması göstərişini verib. Yaxın ətrafına "mən bu rayonda "Azpetrol"u çökdürəcəm" - deyə ultimatumlar səsləndrən I müavin olduqca iddialı görünür. Mənbə əlavə olaraq qeyd etdi ki, Beyləqan rayon İH-nə məxsus BMW markalı xidməti avtomobil də günün əksər vaxtlarında, hətta gecə saatlarında belə həmin yanacaqdoldurma məntəqəsinin həyətində dayanır. Xatırladaq ki, mərhum Prezident, Ulu Öndər Heydər Əliyev nəinki bir ağacın, hətta bir budağın kəsilməsini belə özünün qolunun kəsilməsi ilə müqayisə edirdi. Ölkə Prezidenti cənab İlham Əliyev isə ölkə ərazisində yaşıllıqların qorunub saxlanılması, artırılması ilə bağlı yalnız tapşırıq vermir, hətta ailə üzvləri ilə birlikdə bu istiqamətdə insanlara nümunə olacaq addlmlar da atır. Qəribədir görəsən Beyləqan rayon İcra hakmiyyəti başçısının I müavini Telman Məstanov bunları görmürmü? Və ya qazanmaq ehtirası bir əyalət məmurunda dövlətin qanunlarından üstündürmü? Axı bir dövlət məmuru nədən dövlətə məxsus şirkətin qurumunun çökdürməsi üçün fəaliyyət göstərsin. Bəyəm Telman Məstanovun kiminsə qarşısında "öhdəliyimi" var?
Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı çəkilən təşkilatların və şəxslərində mövqelərini dərc edə bilər.
BakuNews.az

Geri qayıt