Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar...

Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar... Azərbaycanın əksər rayonlarında ölkənin əsas təbii sərvətlərindən olan meşələrə divan tutulur. Bu problemlər əsasən ucqar rayonlarda müşahidə olunur. Əldə etdiyimiz məlumata görə, digər rayonlar kimi Masallı meşələri də amansızcasına məhv edilir. Rayonun təbii sərvəti olan meşələrə qarşı “yaşıl soyqırım”ı isə başqaları deyil, məhz Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi həyata keçirir. Bu barədə Qaynarxett.az-a rayon sakinləri məlumat verib.
Məlumatda bildirilir ki, Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Vüqar Ələkbərov meşələri özünün əsas biznes sahəsinə çevirib. Belə ki, idarə müdiri nadir ağac növlərini kəsdirərək taxta-şalban və mebel sexlərinə satdırır. O, meşə gözətçilərindən də hər ay konkret məbləğdə rüşvət tələb edir ki, gözətçilər bu pulu çıxarmaq üçün tabeliyində olan meşələrə sözün həqiqi mənasında qənim kəsilirlər. Rayonunun Xanalyon, Sığdaş, Kubin meşələrində nadir ağaclar kəsilməkdədir. Cavan ağacların kəsilməsinin qarşısını almağa borclu olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkşafı Departamentinin yerli şöbəsi isə qanunsuzluğa göz yumaraq işbazların fəaliyyətindən yararlanmaqdadırlar.
Qeyd edək ki, kecən ilin əvvəllərində Masallı Meşə Mühafizəsi və Bərpası müəssəsinin rəhbərliyi Ekologiya nazirliyi tərəfindən işdən azad edildi. Lakin bu qərardan sonra da Masallıda meşələrin kütləvi məhv edilməsi hallarına rast gəlinir. Rayonun Yardımlı ilə sərhəd zonalrında ağacların kəsilməsi adi hala çevrilib. Masalı və Yardımlı meşələrini təşkil edən nadir ağacların – şabalıdyarpaq palıd və dəmirağaclarının məhv edilməsi aidiyyatı qurumları hərəkətə gətirmir.
Bildirilir ki, idarə müdiri Ekologiya və Təbii Sərvətlər nazirliyindən gələn yoxlamaların gözünə kül üfürmək üçün ağacları traktorlar vasitəsi ilə
kökündən çıxartdırır. Sonra da həmin ağacları “çəkic”ləyərək təbii fəlakət nəticəsində yıxıldığını sənədləşdirir.
Mənbənin sözlərinə görə, meşələrdə əsasən qoz, çökə, palıd, vələs ağacları məhv edilir. Ancaq sexlərə tikinti materialı kimi daha çox palıd və qoz ağacları satılır. Hazırda Masallıda ondan çox mebel və qapı-pəncərə sexinin olduğu bildirilir.
Masallı rayon Meşə Mühafizə və Bərpası müəssisəsi 12-ci meşə dolayını gəlir yerinə çevirib.
Redaksiyamıza daxil olan məlumatlara görə, rayonun Yiyənkənd meşəçiliyinin 12- saylı dolaynın gözətçisi meşədə qiymətli ağacları kəsdirib, Yel ağac kəndinə kömür məqsədi ilə satır.
Məlumatda deyilir ki, meşələrin kütləvi qırılmasına şərait yaradan isə, Meşə Mühafizə və Bərpası müəssisəsinin direktorudur. Belə ki, kecmiş nazirlə yaxın münasibətlərinin olması, onun bütün qanunsuz hərəkətlərinin ört-bastır edilməsinə imkan yaradır.

Qeyd edək ki, Masallı rayonunda 22-dən artıq rəsmi meşə dolayı var. Bu neçə ildə Masallı rayon meşələrində aparılan meşə soyqırımı meşələrin məhv olmasına gətirib çıxarıb. Bu hələ azmış kimi indi də Vüqar müəllim 12-ci meşə dolayındakı qiyymətli ağac hesab edilən vələs və fıstıq ağaclarının nəslini kəsərək, qazanc yerinə çevrib.

Masallı rayon Meşə Mühafizə və Bərpası müəssisəsinin daha bir maxenasiya yolu ilə, gəlir əldə etməsi isə, idarəyə ayrılan vəsait rahat şəkildə mənimsəyə bilirlər.
Deyilənlərə görə idarəyə verilən texnikalara yanacaq və təmir pulu ayrılsa da, həmin texnikaların əksəriyyəti yararsız halda idarənin qarşısında dayanıb. Digər maliyyə pozğunluğu isə, meşə bərpası üçün ayrılan vəsaitlərdir ki, onlarda təyinatı üzrə xərclənmir. Yalnız sənədləşmə olaraq, kağız üzərində aparılar. Elə hesab edirik ki, Nazirlik təcili olaraq Masallı meşələrində kütləvi yoxlamalar aparmalıdr.

Qaynarxett.az-a daxil olan məlumatlarda həmcinin vurgulanır ki, rayon ərazisində meşələrin davamlı olaraq vəhşicəsinə qırılması yerli ictimaiyyəti ciddi narahat edir. Bu barədə konkret faktlar redaksiyamıza daxil olan həyəcan dolu şikayətlərdə öz əksini tapmaqdadır. Təqdim olunan bütün məlumatlarda birmənalı şəkildə göstərilir ki, meşələrin bu acınacaqlı vəziyyətinə görə əsas məsuliyyəti Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi daşıyır. Qeyd olunur ki, məhz rəhbərliyin yarıtmaz fəaliyyəti nəticəsində Masallı rayonu ərazisində yerləşən meşələr ağac emalı müəssisələri üçün əsil xammal bazasına çevrilmişdir. Belə ki, Masallı meşələrində çox qiymətli ağaclar bitir və onların əksər hissəsi kəsilərək mebel materialı kimi müvafiq müəssisələrə göndərilir. Meşələrdə qırılan ağacların gün ərzində gizlədilməsi və sonrakı nəqlinin təşkili üçün isə xüsusi baza tipli məkanlar yaradılmışdır. Belə bazalardan birinin də “Qoşa Palıd” istirahət mərkəzinin ərazisində yerləşdiyi məlumatlarda xüsusi olaraq vurğulanır. Bütün bu nöqsanlar isə direktorun şəxsi büdcəsinin getdikcə artması ilə müşayiət olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə vətəndaşlar tərəfindən çoxsaylı şıkayətlərin edilməsinə baxmayaraq, hələ də daxil olan həyəcan siqnallarına lazımi reaksiyanı vermir...

Hələ bir necə il əvvəl Nazirliyin əməkdaşlarının araşdırması nəticəsində Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin 2 saylı dolayında 6,69 kubmetr həcmində 40 ədəd müxtəlif diametrli və cinsli ağacların (dəmirağacı, vələs, ağcaqayın və s.) qanunsuz olaraq kəsildiyi müəyyən edilmişdi.
Aşkar olunmuş faktlarla əlaqədar meşə gözətçisi Yaşar Məlikov barəsində inzibati tənbeh tədbiri görüldü. Təbiətə dəymiş ziyan cərimə şəklində ona ödənildi. Lakin Yaşar Məlikov tutdugu əməldən nəinki peşiman oldu, əksinə meşələrə daha qəddarcasına qənim kəsildi. İndi onun nəzarətində olan
Qəriblər meşəbəyliyində "vur-catdacın"dır. Qəriblər-İstisu yolunun üst hissəsində boyük bir ərazini əhatə edən bu meşə sahəsində təbiətə sözün həqiqi mənasında qənim kəsiliblər. Meşədən kəsilən fıstıq, lopan və hətda adı Qızıl kitaba düşən nadir agac növündən sayılan dəmiragac belə kəsilərək Xocavə kəndində fəaliyyət göstərən fabrik tipli mebel sexlərinə daşınır. Adı cəkilən meşə materiallarından yeşık və mebel istehsalında istifadə olunur.
Qeyd edilir ki, bu meşələrin "acar-kilindi" Yaşarın əlindədir. O, hətda meşənin girişini belə baglayıb, özü istəyəndə "acıb- baglatdırır". O, ətraf kəndlərə gedən yollar bərbad vəziyyətdə oldugu halda meşənin icinə asfalt yol belə cəkdirib. Bu yolun nə məqsədlə cəkildiyi barədə müxtəlif "versiya"lar var, ancaq ən dogrusunu yəqin ki, Yaşar Məlikov özü yaxş bilir. Deyilənə görə onun adıyla baglı olan "Ulduz" istirahət mərkəzində də "əlləm-qəlləm" işlər yaşanır.
BU BARƏDƏ DAHA GENİŞ MƏLUMAT VERƏCƏYİK!

P.S:
Sizə təqdim etdiyimiz bu fotoşəkillər və video-görüntülər yuxarıda bir hissəsini dərc etdiyimiz araşdırmamız nəticəsində ortaya çıxmış faktlardır. Və həmin şəkillər və vide-görüntülərdən da məlum olur ki, Masallı meşələrində vəziyyət dogrudan da cox acınacaqlıdır. Bütün bu faktları araşdırıb tədbir görmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndəririk. Xahiş edirik ki, nazirliyin aidiyyatı qurumları kecən dövrlərdəki kimi həmin faktları nazirdən gizlədib, departamentdə it-bata salmasınlar. Yoxsa, bir jurnalistin asanlıqla araşdıra bilib üzə çıxardığı bu faktlardan Meşələrin inkişafı departamentində direktor əvəzi Söhrab Abbasovun xəbərdar olmaması sadəcə mümkün deyil.


Dəyərli oxucular!
Ümumiyyətlə, ətraf mühit və onun problemlərinin varlığı, hər zaman diqqət mərkəzində duran məsələlərdən biri olub. Odur ki, Zaqatalanın meşə zolaqlarında baş verən olayları, əmələ gələn fəsadları biz bundan sonra da diqqət mərkəzində saxlamağa çalışacağıq.
Qaynarxett.az


Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar...
Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar...
Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar...
Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar...
Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar...
Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar...
Masallı meşələri qan ağlayır : ŞOK vdeo və fotolar...
Geri qayıt