"Başa düşmürəm, Arif Seyidov bu rayonda nəçidir?"

"Başa düşmürəm, Arif Seyidov bu rayonda nəçidir?" Göyçay sakini prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bir nüsxəsi də xalqxeber.az-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!
Mən Allahverdiyeva Laçın Əsəd qızı, Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam və hazırda orada da yaşayıram.
Göygölün başçısı Arif Seyidov və onun Üçtəpə kənd bələdiyyəsinin sədri olan "kruqu" Rza Məmmədov bilərəkdən məni ölüm həddinə çatdırıblar.
2003-çü ildə Üçtəpə kənd bələdiyyəsi tərəfindən mənə verilmiş 6 sot torpaq sahəsinin çıxarışını mənə vermək istəmirlər. 3 ildir məni get-gələ salırlar.
2003-cü ildə 200 manat verib qanunla torpağın haqqını ödəmişəm, lakin indi dollar qalxıb, "məzənnə" qalxıb deyə Rza Məmmədov Allahlıq edir.
Göygölün padşahı Arif Seyidovun yanına gedirəm, deyir bu iş mənlik deyil. Başa düşmürəm Arif Seyidov bu rayonda nəçidir?
Göygöldə baş verən hadisələrin Arif Seyidova bir aidiyyatı yoxdursa bəs niyə bu tutduğu vəzifədə oturur?
Yoxsa Arif Seyidov və Rza Məmmədov mən özümü öldürəndən sonra, mənim torpağımı əlimdən alıb, satıb özləri aralarında bölüşdürmək istəyirlər?
3 ildir dayanmadan Üçtəpə kənd bələdiyyəsinə və Arif Seyidovun yanına gedib gəlirəm, hər dəfə də məni qəsdən get-gələ salırlar.
sonuncu gedişlərimdə Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov bu işi həll etmək ən azından 1000 manata başa gələr dedi.
Mənim 1000 manatım yoxdur ki, Rza Məmmədova verim, qanuni sənədlərimin hamısı var, sadəcə məndən pul qopartmaq üçün məni bezdirir,
sənədimi vermir. Qəsdən məndə dövlətimizə qarşı inamsızlıq yaradır. Dövləti vətəndaşın gözündən salır.
Hörmətli cənab Prezident!
Siz hər zaman çıxışlarınızda məmurlar xalqın qulluqçusudur deyirsiniz. Lakin Arif Seyidov və onun Rza Məmmədov kimu əlaltıları
bu sözlərə əhəmiyyət vermirlər. Arif Seyidov və onun Üçtəpədəki "zapravşik", alverçi bələdiyyə sədri Rza Məmmədov məni özümü
öldürmək həddimə çatdırıb. Sizdən xahiş edirəm mənə köməklik edəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt