Şamaxı şefinində vaxtı yetişib... - SƏBƏBİ...

Şamaxı şefinində vaxtı yetişib... - SƏBƏBİ... Yaxın vaxtlarda gölənilən dəyişikliklər zamanı Şamaxı RİH rəhbəri Asif Ağayev də görəvindən alınacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbə informasiya verib. Xəbəri verən qyanaq iddia edir ki, hələ xeyli müddətdən "yuxarıların" qəzəb hədəfinə çevrilən Asif Ağayevin yerinə hazırda rayonda vəzifədə olan yerli gənc məmurlardan birinin təyin olunması gözlənilir.

Mənbənin söylədikləri: "Asif Ağayev zaman-azaman ayrı-ayrı məmurlarla dostluq edib, özünü çox "yuxarı elitaya" şamil edib. Nəticədə özünə kifayət qədər düşmən çevrəsi də qazanıb. Dünənə qədər güman edirdi ki, "dostları" onu hər bəladan qurtara bilər. İndi "bəla gəlib", qurtarsınlar".

Mənbə iddia edir ki, Asif Ağayevin barəsində sərt addımıar da atıla bilər: "Məsələn, Şamaxı RİH-in ayağında olan büdcə kəsiri. Bunu cənab başçı yaxşı bilir. Həmin məsələ yenidən gündəmə gələ bilər. Təbii ki, bütün bunlar onun baş verəcəklərə verəcəyi reaksiyadan birbaşa asılıdır".

Qarşı tərəfi də dinləməyə hazırıq... Əlavə məlumatlarımız olacaq. Bizi izləyin.

DİA.AZ
Geri qayıt