Göyçay rayon icra başçısının qovduğu süpürgəçinin acı faciəsi – Foto

Göyçay rayon icra başçısının qovduğu süpürgəçinin acı faciəsi – Foto Aeroport yolunda faciəvi şəkildə ölən süpürgəçi qadın ölkə mediasını sarsıtmışdı. Hətta deputat Qənirə Paşayeva onun evinə baş çəkdi, övladlarının evlə təmin olunacağı bildirildi.
Ardınca süpürgəçilərə yeni uniformalar təqdim olundu ki, yol qəzalarından sığortalasın, sürücülərin onları gözləri seçsin.
Lakin bu günlərdə Göyçayda baş verən tükürpədici hadisə süpürgəçilərə olan münasibəti təkrar aktuallaşdırdı. Gəlin fakta baxaq:
“Şəkildə gördüyünüz süpürgəçi Əminə Həşimova və 6 yaşlı beyin xəstəsi olan (beyninə qan işləmir-red) qızı Həşimova Zeynəb Cavanşah qızıdır.
Əminə xanım bu yaxınlarda balaca Zeynəbin dərmanlarını ala bilmədiyi səbəbindən ilk dəfə Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin qəbuluna gedərək pul istəyib”.

AzEuroNews.com xəbər verir ki, bu sözləri hüquq müdafiəçisi Taleh Xasməmmədov feysbukda yazıb.

Onun sözlərinə görə, icra başçısı Ə.Həşimovaya cəmi 10 manat verərək getməyini tələb edib: “Ona deyiblər ki, 10 manat da gəlib gələn ay götürərsən.
Qadın ondan dərmanlar üçün 15 manat lazım olduğunu desə də, əlavə 5 manatı ona verən olmayıb. O da pərt və qəmgin halda icra hakimiyyətini tərk edib və bir də ora gəlməyəcəyini deyib”.
T.Xasməmmədov xatırladıb ki, qiyabi tanıdığı bu qadın səhərdən-axşama qədər küçələri süpürməklə pul qazanıb 2 azyaşlı övladını atasız olaraq böyüdür:
“Uşaqlar dərsdə olmadığı vaxtda günlərini analarının işlədiyi yerdə keçirirlər. O dilənçi deyil, sadəcə balasının səhhəti onu icra başçısına ağız açmağa vadar edibmiş…”

Şərhsiz!
Göyçay rayon icra başçısının qovduğu süpürgəçinin acı faciəsi – Foto
Göyçay rayon icra başçısının qovduğu süpürgəçinin acı faciəsi – Foto
Geri qayıt