Goranboy Qızılhacılı bələdiyyə sədridən Prezidentə xəyanət – SAHİBKARLAR MƏHV EDİLİR

Goranboy Qızılhacılı bələdiyyə sədridən Prezidentə xəyanət – SAHİBKARLAR MƏHV EDİLİR Miq.Az xəbər verir ki, bu barədə redaksiyamıza ünvanlanan məktubda deyilir. İlk olaraq Prezident İlham Əliyevə ünvanlanan məktubda Goranboy rayonunda sahibkarların necə məhv edildiyi, sıradan çıxarıldığı təsvir olunub.

Məsələ burasındadır ki, son 5 ildə Prezident özü birbaşa sahibkarların hərtərəfli inkişafı üçün müşavirələr edir, tapşırıq və tövsiyyələrini verir. Sonrakı mərhələdə isə şəxsən özü regionlara səfər edərək problemlərlə yerində tanış olur. Goranboyda isə vəziyyət tam başqadır. Burada 10 illərlə dövlətə sədaqətlə xidmət edən sahibkarlar bir anda məhv edilir, mülkləri ya dağıdılır, ya da qanunsuz olaraq başqa tərəflərə satılır.

Qızılhacılı qəsəbəsi də bu çirkin siyasətin qurbanına çevrilib.

Prezidentə ünvanlanan açıq məktubu olduğu kimi təqdim edirik:

"Mən Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Həsənov Əli Əbülfət oğlu başıma gətirilən müsibətlərdən dolayı sizə müraciət edirəm.Ulu Öndər Heydər Əliyevin Aqrar İslahat proqramını qəbul edib torpağı kəndlilərə qaytarmasından ruhlanaraq 1997-ci ildə 62 ha və 2004-cü ildə 22 ha əkinə yararsız yeri icarəyə götürərək qoyunçuluqla məşğul oluram.Uzun illər ərzində istifadə etdiyim torpağın icarə haqqını vaxtı-vaxtında ödəmişəm. 62 hektarın icarə müddəti başa çatmağa yaxınlaşdıqda Qızılhacılı Bələdiyyəsinin sədri Məzahir Allahverdiyevə müqavilənin yenilənməsi üçün müraciət etdim. Məzahir Allahverdiyev müəyyən ödənişlər qarşılığında bu işin asan olacağını bildirib. 2148.80 manat Bərdə regional reistr xidmətinin bank hesabına 1200 manat, Kəmaləddin müəllimə, 100 manat Yavərə, 100 manat Ələddinə, 500 manat mənə verərsən bu iş bitər-dedi. Bundan sonra mən bankdan kredit götürüb Məzahir Allahverdiyevə verdim.Bir neçə gündən sonra məni yanına çağırıb, işin düzələcəyini amma mənim və İlqar müəllimin 150 baş qoyununu saxlamağımı xahiş etdi. Mən razılaşdım. Qoyun qışı yataqda qaldı.Yaz gəlib havalar isinəndə mən çobandan (Əsgərov Etiram Akif oğlu )Məzahir müəllimin qoyunları haçan aparacağını soruşdum? O isə cavabında "ə bilirsən bu qoyunlar kimindir!” mən dedim kimindir? O isə cavabında rayon DTX –nın sədri İlqar müəllimin Bu söhbətdən sonra Məzahir Allahverdiyev tərəfindən hədələr başladı. Mən bu torpağı sənin acığına çobana verəcəm görərsən. Mən isə bu torpağın aqrar islahatdan qohumlarımla birlikdə köhnə Azərbaycan manatı ilə 4 milyon manata aldığımı (rəsmi qəbz ilə) qoyunlarını yataqdan çıxarmasını tələb etdim.Bir neçə ay sonra sənədləri ala bilmədikdə rayon icra başçısı Nizaməddin Quliyevə müraciət etdim. Eşitdiklərim məni dəhşətə saldı.İcra başçısı bələdiyyə sədri məni eşitmir,o DTX-nın adamıdır,get başının çarəsini qıl.-dedi: Bundan sonra mən cibimə telefon qoyub,bələdiyyə sədrinin yanına gəldim.Bələdiyyə sədri məndən pul aldığını etiraf etdi.Get hara deyirsən de onsuzda xeyiri olmayacaq(Audio disk vasitəsilə sübutum var) Prokurorluqda və hərracda da hamısı bizim adamlardır-dedi.Bundan sonra müvafiq orqanlara müraciətlərim cavablandırılmadı. Ən çox da ƏMDK-11 saylı Bərdə regional idarəsi” biz Məzahirsiz yer vermirik get onunla razılaş” deyə cavablandırdılar. Əslində bu onların Prezdentimizin regionlarda sahibkarlığın inkişafı proqramına və regionların inkişaf etdirilməsi kursuna xəyanətin bir işarəsidir.

Hörmətli Redaksiya heyəti, Sizdən intihar həddinə çatdırılmış biri olaraq yazdıqlarımın işıqlandırılmasını xahiş edirəm.

İmza: Həsənov Əli

Digər tərəflərin mövqeyini dinləməyə hazırıq.
Geri qayıt