Tərtərin oliqarx məmuru Böyükkişi Cümşüdov

Tərtərin oliqarx məmuru Böyükkişi Cümşüdov Böyükağa Cümşüdovun Tərtər camaatına suyu pulla satması onu karxana, ferma və bahalı maşın sahibi edib

Tərtər əhalisinin erməni düşmənlərinə layiqli cavab verdiyi, müharibə şəraiti olmasına rəğmən, cəbhəyə yaxın ərazilərdə əkin-biçinlə məşğul olduğunu deməyə gərək yoxdur. Rayonun qəhrəman əhalisi əkinçiliklə məşğul olur, heyvandırlığı inkişaf etdirir və sairə. Amma Tərtərin ən böyük problemi əkin sahələrini suvarmaq üçün zəruri olan sudur.

Hökumət bu istiqamətdə zəruri olan bütün tədbirləri görməyə çalışır. İnsanların içməli suya olan təlabatını ödəmək üçün artezian quyularının qazılması prosesi reallaşdırılır. Nəticədə, Tərtərdə hazırda 404 belə quyu var. Həmin quyulardan əkin sahələrinin suvarılmasında da geniş istifadə edilir.

Lakin Tərtər rayonunu əkin sahələrini suvarmaq işlərini hələ sovet dövründən Tərtərçay Hidroqovşağı İstismarı İdarəsi həyata keçirirdi. Qarabağ müharibəsindən sonra situasiyanın dəyişməsi səbəbindən bu idarənin işləri də çətinləşdi. Böyükkişi Cümşüdov hazırda idarəyə rəhbərlik edir.

Kifayət qədər qaranlıq və təhlükəli adam olaraq xarakterizə edilən Cümşüdovun Tərtər çayının suyundan da pul çıxardığını bilməyən yoxdur. Məlumatlara görə, idarə rəisi elə bir sistem qurub ki, heç fələk də ondan baş aça bilmir. Bu idarədə «ölü canlı»lardan tutmuş, kartıq müdirin cibində olan işçilərə qədər hər şey baş verir. Bildirək ki, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin ştat cədvəli üzrə 344 işçisi var. Onlardan dondurulmuş əmək haqqı alan işçilərin sayı 180 nəfərdir. İdarənin əsas fəaliyyət növü əkin sahələrinin suvarılmasını həyata keçirməkdir.

İdarənin su mənbəyi Tərtər çayıdır. Balans dəyəri 28.758.584 manat olan idarənin xidmət etdiyi rayonlar isə Tərtər, Bərdə, Yevlax, Goranboy, Ağdam və Ağcabədidir. Hidroqovşağa həcmi 600 milyon keb metr olan Sərsəng Su Anbarı, 6 milyon kub metr həcmi olan Madagiz Su Anbarı, 70,2 km uzunluğu olan Sağ Sahil M.K və 22,4 km uzunluğu olan Sol Sahil M.K-dır. Rəsmi məlumatlara görə, idarənin hidrotexniki qurğularının sayı 433 ədəddir. Postlar isə 193 ədəd təşkil edir. Körpü sayı 43, bağlar 43, mülki və inzibati binalar 11, maşın və mexanizmlər 22 ədəddir. Kanalların uzunluğu 391 km təşkil edir. İşğal altında olan əsas vəsaitlər isə 23086 min hektara bərabərdir.

Böyükağa Cümşüdov bunca imkanların böyük qisminin əldən çıxmasına rəğmən, yenə də pis qazanmayan idarə müdirlərindəndir. Məlumatlara görə, sözügedən qurumun rəhbəri qısa müddət ərzində özünə kəhkəşan qurmaqla yanaşı, həm də yeni qazanc mənbələri də yaradıb. Onun fermerlərdən, kasıb kəndlilərdən suvarma üçün aldığı pullar sonradan karxana yaradılmasına sərf olunub. Hazırda onun Tərtər çay üzərində daş karxanasının olduğu bildirilir. Bundan başqa, Böyükağa Cümşüdov özünə heyvandarlıq kompleks idə yaradıb.

İdarə müdirinin obyektlərinin, villalarının, evlərinin sayını isə bilən yoxdur. Deyilənlərə görə, sadalananların böyük əksəriyyəti Bərdə və Bakıdadır. Həmçinin Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin müdirinin möhkəm maşın həvəskarı olduğu da vurğulanır. İddialara görə, Cümşüdovun evlərindəki maşınların sayı faktiki mənzillərinin sayından iki dəfə çoxdur.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Geri qayıt