2-ci qrup əlilin gileyini eşidən yoxdur - Göyçayın başçısından narazılıq

2-ci qrup əlilin gileyini eşidən yoxdur - Göyçayın başçısından narazılıq Göyçay rayonu Qarabaqqal kənd sakini 2-ci qrup əlil Xəlilov Anar Muxtar oğlu tərəfindən xalqxeber.az-a şikayət ərizəsi ünvanlanıb. Narazı vətəndaş yazır:

"Kəndimizin sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısındadır. Belə ki, kəndimizin istifadə etdiyi su arxının yamacını və mal-qaranın örüş yerini Göyçay şəhərinin zibillik poliqonu ediblər.Bundan əvvəl Göyçay şəhərinin zibillərini maşınlarla Mirzəhüseyinli kəndinə boşaldıldırdılar.Mirzəhüseyinli kənd sakinləri şikayət etdilər deyə Ekologiya və Təbii Sərvətlər Naziriliyi tədbir gördü.İndi isə Göyçay rayon icra başçısı Mehdi Səlimzadə bizim kəndi zibillik poliqonu edib. Zibilin suyu Qarabaqqal kənd camaatının istifadə etdiyi arxın suyuna qarışır. nəticədə də kənd sakinlərinin həyat və sağlamlıqları ciddi təhlükə qarşısında qalır.Həmçinin kəndin mal-qarasının örüş yeridə burada yerləşir.Buna görə hər gün kəndin mal-qarası bu zibillikdən keçib örüşə gedir.Artıq bu zibilliyə görə kənddə çoxlu sayda mal-qara zəhərlənərək tələf olub.Mən özüm bu zibiliyin mundarladığı arxın suyundan istifadə etdiyim üçün onkoloji xəstə olmuşam 2-ci qrup əliləm..Həmin bu zibillik çirkabına bulaşmış sudan kənd camaatı həm içməyə həm əkinə və mal-qaraya istifadə edir.Başqa su mənbəyi yoxdur ki, istifadə edək.Hər gün bura Göyçay rayonunun mərkəzindən yük maşınları ilə zibil gətirilib boşaldılır. Bu ciddi məsələ barədə Göyçay rayon icra başçısı Mehdi Səlimzadəyə, 6 saylı ərazi Ekologiya və Təbii sərvətlər şöbəsinə və digər qurumlara müraciət etsəkdə heç bir tədbir görülməmişdir.Kənd sakinləri ağır xəstəliklərə düçar olub zülm çəkirik.Mal-qaramız tələf olub əkinlərimiz yararsız hala düşüb.
Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev və kənd icra nümayəndəsi Seymur Nəbiyev laqeyidlik göstərirlər.Onlar icra başçısı Mehdi Səlimzadənin sifarişi ilə işləyirlər. Bu problem tez bir zamanda həll edilməsə kənd sakinləri məhv, mal-qara isə tələf olacaq.Ölkə başçısı cənab İlham Əliyevdən, birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Ekologiya və Təbii Sərvətlər Naziri cənab Hüseynqulu Bağırovdan xahiş edirik Qarabaqqal kənd sakinlərini məhvə aparan Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin barəsində ciddi tədbirlər görüb bu problemin təcili həll edilıməsinə tapşırıq verəsiniz.Mehdi Səlimzadə ancaq öz maraqlarını güdür. xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.2-ci qrup əlilin gileyini eşidən yoxdur - Göyçayın başçısından narazılıq
2-ci qrup əlilin gileyini eşidən yoxdur - Göyçayın başçısından narazılıq
2-ci qrup əlilin gileyini eşidən yoxdur - Göyçayın başçısından narazılıq
2-ci qrup əlilin gileyini eşidən yoxdur - Göyçayın başçısından narazılıq
2-ci qrup əlilin gileyini eşidən yoxdur - Göyçayın başçısından narazılıq
Geri qayıt