Ağdaş Mərkəzi Xəstəxanasında BİABIRÇILIQ - xəstə geri qaytarılıb

"Report"un Şirvan bürosu xəbər verir ki, rayonun Abad kənd sakinini it dişləyib. Yaralı Ağdaş RMX-ya çatdırılıb. Ona xəstəxanada quduzluq əleyhinə vaksinin olmadığı bildirilib və xəstə geri qaytarılıb. Yaralı şəxsi vəsaiti ilə aptekdən vaksin aldıqdan sonra ona vaksin vurulacağı bildirilib. Xəstənin buna imkanı olmadığı üçün geri qayıdıb.