Balakəndə “8 mart“ paketləri kimə gedir?

Balakəndə “8 mart“ paketləri kimə gedir? Balakən rayonunun orta ümumtəhsil məktəblərində 8 mart Qadınlar Günü münasibətilə şagirdlərdən pul yığılır.

Bu barədə Azfakt.com məlumat əldə edib. Məlumata görə, 8 martla əlaqədar şagirdlərdən yığılan pullar 20-50 manat civarındadır.

Qeyd olunur ki, bu hal daha çox Balakən şəhərində fəaliyyət göstərən məktəblərdə sürətlə davam edir. Belə ki, deyilənə görə, Balakən şəhər 1 nömrəli orta məktəbdə və Texniki və Humanitar Təmayüllü Liseydə artıq “yığım”ın başa çatdığı vurğulanır. Bu məktəblərdə əsasən Balakən rayonunun imkanlı, vəzifəli şəxslərinin övladı oxuyur. Texniki və Humanitar Təmayüllü Liseydə 8 martla əlaqədar yığılan pullardan Balakən rayon İcra Hakimiyyətinin başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmovanın xüsusi payı olduğu deyilir. Buna səbəb isə onun uzun illər bu liseyə direktorluq etməsidir.

Məsələ ilə əlaqədar AzFakt.com Balakən rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən iddiaların doğru olmadığını bildirdilər.
Geri qayıt