Qazaxın icra başçısı xadiməni müdir təyin etdi

Qazaxın icra başçısı xadiməni müdir təyin etdi Qazax rayonu İkinci Şıxlı kəndində maraqlı hadisə baş verib.

İkinci Şıxlı kəndi 1 nömirəli uşaq baxçasının müdrəsi Sədaqət Rəsulova və tərbiyyəçi Turan müəllimə işdən azad edilib.

Məsələnin maraqlı tərəfi bundadır ki, fevralın 27-də uşaq bağçasına müdirə həmin bağçada təmizləyici xadimə kimi çalışan Məhəbbət xanım təyin edilib. Xadimə vəzifəsindən bağça müdirəsi vəzifəsinə təyin edilən Məhəbbət xanım isə işdən azad olunmuş tərbiyyəçi Turan müəllimənin yerinə öz gəlnini işə götürüb.
Qeyd edək ki, uşaq bağçaları icra hakimiyyətlərinin bazasında fəaliyyət göstərir. Əldə etdiyimiz məlumata görə, təmizləyici xadimə Qazax rayonu icra hakimiyyəti başçısının müavini Gülayə Həsənovanın təqdimatı ilə icra başçısı Rəcəb Babaşovun sərəncamı əsasında bağça müdirəsi təyin edilib.
Açıqlamasında Qazax rayonu icra hakimiyyəti başçısının müavini Gülayə Həsənova xəbəri təsdiqləyib. Gülayə Həsənovanın fikirincə, yeni bağça müdirəsi tibb texnikomunu bitirdiyi üçün, onun bağça müdirəsi təyin edilməsində heç bir problem yoxdur.

“Məhəbbət xanım tibb texnikomunu bitirib, yəni təhsili var. Onun uşaq bağçasına müdir təyin edilməsində problem yoxdur”-icra başçısının müavini belə deyib.

Avropa.info
Geri qayıt