SİYƏZƏN RPŞ-DƏ XOCALI SOYQIMINA HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB

SİYƏZƏN RPŞ-DƏ XOCALI SOYQIMINA HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB Tədbirin əvvəlində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan RPŞ-nin Xidmət üzrə rəis muavini, polis mayoru Qoşqar Kazımov 20-ci əsrin ən qanlı faciələrindən biri kimi tarixə düşən Xocalı faciəsi haqqında ətraflı məlumat verərək, həmin gecə erməni cəlladları tərəfindən törədilən qırğınlar Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdi.
Q.Kazımov öz çıxışında Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atdığını, bu sahədə məqsədyönlü fəaliyyət ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlandığını və Ulu öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilərək fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edildiyini bildirdi.
Siyəzən Rayon Təhsil Şöbəsinin nümayəndəsi Vuqar Abdullayev Xocalıda baş verən qırğınların Azərbaycan xalqının qan yaddaşına həkk olunduğunu və bu hadisənin heç vaxt unudulmayacağı bildirilib. Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu, eyni zamanda bəşər sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş qatı cinayət olduğunu deyən V.Abdullayev qeyd edib ki, illər keçməsinə baxmayaraq, qətliam qurbanlarının əziz xatirəsi anılır, dünya ictimaiyyəti Xocalı faciəsini yad edərək Azərbaycanla həmrəy olduğunu bildirir, mənfur ermənilərin törətdikləri bədnam əməllərini pisləyirlər. 
Daha sonra çıxış edən Siyəzən RPŞ-nın DYPB əməkdaşı polis kapitanı Dilşən Məmmədov Xocalıda erməni vandallarının törətdiyi qətliamı tarixdə ən dəhşətli faciə kimi qiymətləndirərək, cinayətkarların gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklərini qeyd edib. 
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işləri, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan həqiqətlərinin dünyanın hər yerində yayılmasını, beynəlxalq aləmin məlumatlandırılmasını, torpaqlarımızın işğal faktı və Xocalı soyqırımı ilə bağlı xaricdə yaşayan həmvətənlərimizin həmrəyliyini diqqətə çatdıran D. Məmmədov yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğatının iç üzü artıq ifşa olunduğunu və dünya ictimai fikri Xocalı qətliamını soyqırımı kimi qəbul etdiyini bildirib.
Tədbirdə sonunda çıxış edən RPŞ-nin digər əməkdaşlarıda Xocalı hadisələrinin heç vaxt unudulmayacağını, daim qan yaddaşlarında qalacağını və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev əmri ilə hər an əldə silahla vətənin müdafiəsinə və torpaqlarıın bütövlüyü uğrunda canlarından keçməyə hazır olduqları bildirdilər.

Nizam Həmidov
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru
polis leytenantı
Geri qayıt