Arzu Rəhimov Lənkərandakı kadırına necə "şans" verdi?

Arzu Rəhimov Lənkərandakı kadırına necə "şans" verdi? Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov ətrafında cərəyan edən hadisələr səngimək bilmir.
Etiraf edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yaşanan problemlər tək A. Rəhimovun adı ilə bağlı deyil. Belə ki, bəzi rayon şöbələrində “alış-veriş” və digər neqativ olaylar boyük cinayət xarakterli əməllərdir. Daxil olan məlumatlara görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsində birbaşa açıq bazar müşahidə olunur.
Şöbənin rəisi Tural Yusifov və pulyığanı Sadıq adlı əməkdaş icra nümayindələrini vadar edirlər ki, həqiqi hərbi xidmətə yararlı və imkanlı şəxsləri rəisin təyin etdiyi qəbul günündə şöbəyə dəvət etsinlər. Əlbətdə ki, məqsəd həqiqi hərbi xidmətə yararlı gəncləri qara yollarla vətən borcunu verməkdən yayındırmaqdır. Bunun müqabilində bir çağırışdan yayındırmaq 300 manat, “yararsız” etmək isə 3000 manat gənclərə başa gəlir.
Mənbəmizin verdiyi məlumatlara inansaq elə bu amil T. Yusifovun məsuliyyətə cəlb olunacağına işarədir. Hətta məlumatlarda o da qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov baş verən hadisələrdən bərk narahatdır. Onuda nəzərinizə çatdıraq ki, T. Yusifova artıq son xəbərdarlıqlar edilib. Gedişatlar onu göstərire ki, A.Rəhimov şöbə rəisini müdafiə etmək iqtidarında deyil.
Aralarında soyuq münasibət bunu deməyə əsas verir. Çünki, öz şəxsi maraqlarını hər şeydən üstün tutan bəzi rəislər son məqamda rəhbərliyi güdazə verməklə özlərini sığortalamağa çalışırlar. Bunlardan əlavə “yararsız gənclər” hər 3 ildən bir şöbəyə dəvət edilərək 350 manat həkim komissiyasına ödəməlidir. Bəli, btiraz edən gənclərdə var. Növbəti yazılarımızda bu və ya digər neqativ hallar barəsində məlumatlar dərc edəcəyik. Və biləcəksiniz ki, qəhrəmanlar diyarı olan cənub bölgəsi kimlər üçün gəlir mənbəyidir.

Dosye.org
Geri qayıt