Üfunət görmək istəyən... Oğuza gəlsin! - FOTOLAR

Üfunət görmək istəyən... Oğuza gəlsin! - FOTOLAR Ölkəmizin ən səfalı rayonlarından biridir Oğuz. Əsrarəngiz meşələri, şəlalələri ilə göz oxşayır. Məhz bu səbəbdən hər il minlərlə turist dağların qoynunda istirahət etmək istədikdə Oğuzu seçir. Ancaq, təəssüf olsun ki, həmin dağların qoynunu sakinlər zibilxanaya çevirib. Təbiətin gözəlliyinin insan əli ilə çirkləndirilməsi antisanitar vəziyyət yaradır, həmçinin bura təşrif buyuran qonağın bir də gəlməməsinə səbəb olur.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Oğuz rayonunda təmizliyin keşiyində duran insanların da əməyinə hörmət edilmir, kim hara istəyirsə, ora da zibil atır. Üstəlik rayon kommunal idarəsinin rəhbərliyi də bu vəziyyətə biganə yanaşır. İndi rayonun ərazisi zibil poliqonuna çevrilib, ətrafdan üfunət qoxusu gəlir.
Rayon sakinləri Həşimov Lətif və Ələkbərova Tərlan damaçıqlamasında məsul təşkilatın biganəliyindən bezdiklərini deyiblər. Bildiriblər ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, tədbir görən yoxdur, yayda qoxudan, soyuqda isə gəmiricilərin əlindən cana gəliblər. Köhnə zibil qutularının qapağı yoxdur, atılan tullantıları inəklər küçə boyunca səpilir.
Haqqında danışdığımız ərazi — Oğuz rayonun daxili küçələri, Gənclik adlanan yeni yaşayış massivi və dağ ətəyi ərazilər, yaşayış məskənindən çox zibillik poliqonunu xatırladır. Minlərlə sakinin yaşadığı ərazilərdə yalnız 3-4 yerdə zibil qutusu var və mərkəzi küçənin Oğuz Rayon İcra Hakimiyyətinin olduğu ərazisi bir qədər təmiz vəziyyətdədir.
Məsələ ilə bağlı Oğuz Kommunal Təsərrüfat İdarəsi ilə əlaqə saxladıq. İdarənin rəis müavini Xıdırov Samir bildirdi ki, insanlar gecə vaxtlarında ərazidə boş sahələri zibilləyirlər və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu məsələ hələ də həllini tapmayıb. Bir neçə yerdə zibil qutusu qoyulub, amma qutular tələbatı ödəmir. Sakinlərin əksəriyyəti uzaq məsafəni qət edib zibili qutuya atmaq istəmir və çox zaman tullantılar boş sahəyə atılır. Nəticədə də üfunət iyindən evlərdə oturmaq mümkün olmur.
Lakin sakinlər bildiriblər ki, ərazinin zibil poliqonuna çevrilməsinin əsas səbəbi zibil qutularının az olması, qalaqlanmış zibilin vaxtında daşınmaması, zibil qutularının dərmanlanmamasıdır. Qalaqlanmış tullantılar da xəstəlik mənbəyi olmaqla yanaşı, sahibsiz heyvanların məskəninə çevrilir. Tullantıların daşınmasına məsuliyyətli olan mənzil kommunal istehsalat birlikləri isə tənqidlərdən nəticə çıxarmır. Hətta zibil daşınsa belə, ancaq qutulardakı tullantılar aparılır. Yerə tökülən zibildən isə artıq təpəcik yaranıb. Məhz bu səbəb də problemin daha dərinləşməsinə gətirib çıxarıb.
Xatırladaq ki, Oğuz şimal-qərb bölgəsinin turizm əhəmiyyətli rayonlarından biridir. Təkcə ötən il rayonda 5000-dən çox turist qonaq olub. Turistlərin daha çox yolunun düşdüyü dağ ətəyi ərazilərdə bu cür xoşagəlməz görüntünün olması rayonun imicinə də zərbə vurur. "Təmizlik imandandır" deyiblər. Yaşadığımız evi və şəhərimizi təmiz saxlamaq isə bizim borcumuzdur. Odur ki, təmizlik məsələsinə bacardığımız qədər məsuliyyətlə yanaşmalı, lazım gəldikdə əlaqədar qurumlarla birləşib problemi həll etməliyik.
Ümid edirik ki, bu yazımızdan sonra Oğuzun aidiyyatı qurumları, məsuliyyət daşıyan şəxslər rayon ərazisində yaranmış anti-sanitar vəziyyətlə bağlı lazımi tədbirləri həyata keçirəcəklər. Həmçinin oğuzlular da bu işdə onlara yaxından yardımçı olacaqlar.
Üfunət görmək istəyən... Oğuza gəlsin! - FOTOLAR
Üfunət görmək istəyən... Oğuza gəlsin! - FOTOLAR
Üfunət görmək istəyən... Oğuza gəlsin! - FOTOLAR
Üfunət görmək istəyən... Oğuza gəlsin! - FOTOLAR
Üfunət görmək istəyən... Oğuza gəlsin! - FOTOLAR
Geri qayıt