Beyləqan RTŞ-də qanunsuz pul yığımı, START VERİLİB

Beyləqan RTŞ-də qanunsuz pul yığımı, START VERİLİB Beyləqan rayon RTŞ tərəfindən nazirliyə verilməsi üçün 30.800 manat vəsait yığılıb. Qeyri-qanuni nazirliyin tələbi olduğu qeyd edilərək yığılan pulların hansı kəslərin cibinə getməsi naməlum qalıb. Növbəti yığım isə Novruz çərşənbəsinə qədər ümumi 30.800 manatın yığılması tapşərəğı verilib. İlkin baxışda 770 manat bir məktəb üçün bu cuzi məbləğ kimi görünməsi göz aldadıcı olduğu müəyyən olub. Məktəblərdən yığılan qanunsuz pullar bununla bitmir.
Beyləqan təhsilindən yeni rüsvay edici məlumatlar daxil olub. Təhsil şöbəsinin müdirə xanımı yeni metoddan istifadə etmək qərarına gəlib. Bu gün redaksiyamıza daxil olan məlumatda qeyd edilir ki, Beyləqan rayon Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovanın qeyri rəsmi əmrlərini icra etməyə məcbur olan təhsil ocaqlarının rəhbərləri bu qanunsuzluğa alət olmaq məcburiyyəti üz-üzə qalmaqdadırlar. Bakunews.az verilən məlumatda qeyd edilir ki, yeni il öncəsi X.Rüstəmova qanunsuz verdiyi əmrdə “6 ədəd hündüşka, 4 ədəd qaz, 1 ədəd isə qoç” alınması üçün lazımı məbləği yığaraq RTŞ-nə təhvil versinlər. Təbii ki, bu sadalananlar yeni il ərəfəsində məhz məktəb direktorlarının cibindən deyil məktəbdə təhsil alan şagirdlərin valideyinlərinin cibindən çıxmışdır. Azərbaycanın adət ənənələrin nəzərə alsaq bir çox rəsmi və qeyri rəsmi təmtəraqlı bayramlarımızın olduğunu hamı qəbul edər. Yeni il öncəsi verilən əmrin təkrarı Novruz bayramı üçün indidən pul yığılması üçün tapşırıqların verilməsi ilə bağlıda əməkdaşımıza məlumatlar verilmişdir.
Qeyd edək ki, Beyləqan rayonunda 40 orta məktəb fəaliyyət göstərməkdədir və hər məktəbədə eyni əmr verilərək icra edilməyəcəyi təqdirdə direktorların işinə son verilə biləcəyi ilədə hədələndikləri qeyd edilməkdədir. Yeni ildə Beyləqan RTŞ-də 240 ədəd hündüşka, 160 ədəd qaz, 40 ədəd isə qoç alınması üçün məvacib yığılıb. Riyazi hesablardanda görmək olar ki hər bayramda yığılan vəsait külli miqdarda maddiat deməkdir ki, bu vəsait də məhz Təhsil Nazirliyinə göndəriləcək adı altında toplanmaqdadır. (nəzərə alsaq ki, hündüşqanın 240 ədəd - birinin qiyməti 70 manat, qaz 160 ədəd - birinin qiyməti 50 manat, qoç 40 ədəd - birinin qiyməti isə 150 manat təşkil edir. Bu qiymətlər minimum qiymətlə götürülüb. Hər məktəbə 770 manat təşkil edir. Cəmi hesablamada isə 30.800 manat yeni il üçün yığılan məbləğ olub.

BakuNews.Az
Geri qayıt