Mərdan Camalov Ramiz Mehdiyev və Zeynal Nağdəliyevi necə aldadıb ?

Mərdan Camalov Ramiz Mehdiyev və Zeynal Nağdəliyevi necə aldadıb ? Şirvanda bələdiyyə sədrinin müavinindən icra hakimiyyəti başçısının müavini postuna gedən Fəqan Həsənov köhnə işinə bərpa edilib. Bu barədə məlumatı AzEuroNews.com-a şəhər icra hakimiyyətindəki mənbəmiz verib. Onun sözlərinə görə, Fəqan Həsənov icra başçısı Mərdan Camalova müavin vəzifəsinə gedəndə həm bələdiyyə üzvlüyündən həm də, bələdiyyə sədrinin müavinliyindən istefa verib.
“Lakin icra başçısı Mərdan Camalov onun bu ərizəsini təsdiqlətmədən özünə müavin seçib. Bəldiyyə seçkili orqan olduğundan Fəqan Həsənov yalnız istefa verib getməli idi. M.Camalov burada yüngül saxtakarlıq edərək F.Həsənovun istefa ərizəsini loru dildə desək aradan çıxartdırıb. Bir sözlə Fəqan Həsənov həm, bələdiyyə sədrinin müavini, həm də icra başçısının müavini imiş” deyə icra hakimiyyətindəki mənbəmiz məlumat verib.
Bəs Mərdan Camalov prezident administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevdən gizlin bunu necə edib? sualına isə, mənbəmiz belə cavab verib: “Çox sadə, guya indiyə kimi Mərdan Camalov verdiyi hansı qərarla PA-la hesablaşıb, aparat rəhbəri Ramiz müəllimin razılığını alıb? Belə şey olmayıb. Mərdan Camalov Müdafiə Sənayəsi naziri olan qardaşı Yavər Camalova arxalanıb. 13 ildir onun icra başçısı postunda olmasına səbəb də məhz nazir qardaşının qanadı altında mühafizə olunmasıdır. Amma bu hadisə Ramiz Mehdiyev başda olmaqla müavini – regional idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin də qəzəbinə səbəb olub. Belə görünür ki, Mərdan Camalovla bağlı yaxın günlərdə qərar veriləcək.Ya gedəcək, ya qalacaq”,
Xatırladaq ki, bir müddət əvvəl Şirvan şəhər icra hakimi Mərdan Camalov 1 ay əvvəl özünə təyin etdiyi müavini vəzifəsindən çıxarmağa məcbur olub. Həmin vaxt saytımızın əldə etdiyi məlumatda deyilirdi ki, icra başçısı vəfat edən müavini Şəfaət Əsgərovun yerinə şəhər bələdiyyəsinin sədr müavini Fəqan Həsənovu təyin edib. M.Camalov təyinatı tələm-tələsik, Prezident Administrasiyasının razılığı olmadan edib.
F.Həsənovun sənədləri PA-ya göndəriləndə məlum olub ki, başçı müavini Türkiyədə Fətullah Gülənin maliyyələşdirdiyi məktəblərin birində təhsil alıb.
İddialara görə, M.Camalovun tez-tələsik, özbaşına təyin etdiyi müavininin gülənçi olduğu aşkarlanıb. Ona görə də PA-dan Şirvanın icra başçısına təlimat verilib ki, müavini dəyişdirsin.
F.Həsənovun yerinə M.Camalov köməkçisi Vasif Əliyevin sənədlərini göndərib və o, müavin təyin olunub.
F.Həsənov bələdiyyə sədrinin müavini olmazdan əvvəl şəhər icra nümayəndəliyində müavin işləyib.
Deyilənə görə, onun əsas işi M.Camalovun tapşırığı ilə Türkiyədən işıq dirəkləri gətirmək olub. Onun Türkiyəyə tez-tez səfər etməsi Gülən şəbəkəsiylə əlaqələrinin olması şübhələri yaradıb.
Geri qayıt