DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan - AÇIQLAMA

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan - AÇIQLAMA DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan xalqxeber.az -a verilən məlumata görə, dekabrın 27-də “Bərdə DYP bölməsinin inspektorunun nöqsanlı xidmət aparması” başlığı ilə yayımlanan video haqqında yazılanlar həqiqəti əks etdirmir. Videoda göründüyü kimi təmir-tikinti işləri ilə əlaqədar yolun təmir gedən hissəsində maşınların hərəkəti birtərəfli olaraq dayandırılıb və əraziyə Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları cəlb olunub.
Polisin qanuni “saxla” tələbinə tabe olmayan və qırmızı işıqda keçərək kobud qayda pozuntusuna yol verən “Opel” markalı maşının sürücüsü barədə inzibati tədbirlərin görülməsi üçün polis əməkdaşı tərəfindən aidiyyatı qurumlara məlumat verilmişdir.


Geri qayıt