Beyləqanda şagirdlər evlərindən odun gətirirlər... - ŞİKAYƏT

AzEuroNews.com xəbər verir ki, Beyləqanın Xaçınabad qəsəbəsində yerləşən Haramı kənd ümumi orta məktəbinə yanar qaz verilmir.
Məktəbdə şagirdlər məcburən soyuq şəraitdə təhsil alırlar. Beyləqan şəhər 4 saylı tam orta məktəbdə isə sinif otaqlarını qızdırmaq üçün müəllimlərin göstərişi ilə şagirdlər evlərindən odun gətirirlər.