Bərdə çalxalanır: İlham Əliyevə adam öldürən məmur və “JEK” rəisinin dosyesi gedir

Bərdə çalxalanır: İlham Əliyevə adam öldürən məmur və “JEK” rəisinin dosyesi gedir Bərdə RİH-nin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərov və Rayon Mənzil-Təsərrüfat Birliyinin sədri Rauf Məmmədovun vəzifəsindən azad olunması tələbi ilə imzatoplama kampaniyas keçirilir
Rayondan verilən məlumatda deyilir ki, Bərdə ziyalılarının təşəbbüsü ilə başlanmış kampaniyada 200 mindən çox əhalisi olan rayon sakinlərinin böyük əksəriyyəti iştirak edirlər.
Hər iki əyalət məmurunun fəaliyyətindən xirtdəyə qədər boğaza yığılan Bərdə ictimaiyyəti prezidentə, I vitse-prezidentə, Prezident Adimistrasiyası rəhbərinə müraciət ünvanlamağa hazırlaşır.
Sakinlərin tələb və xahişi ondan ibarətdir ki, dövlət rəhbərliyi təcili şəkildə Bərdəyə təftiş komandası ezam etsin. PA-dan göndərilən səlahiyyətli şəxslər Z.Bəylərovla R.Məmmədovun fəaliyyətini təftiş etsinlər.
Bu yoxlamalar böyük korrupsiya şəbəkəsinin, milyonluq yeyinti faktlarının, vətəndaşlara qarşı qanunsuz hərəkətlərə yol verilməsinin üzə çıxması ilə nəticələnə bilər.
Bərdə ictimaiyyətinin imzatoplama kampaniyasına kənd-kənd, küçə-küçə, ev-ev dəstək verilməkdədir. Müraciətdə Z.Bəylərovun və R.Məmmədovun istefaya göndərilməsi, hüquq-mühafizə orqanları tərəfindən əməlləri araşdırılmması istəniləcək.
Azərbaycanın siyasi rəhbərliyindən operativ reaksiya gözləyən Bərdə ziyalıları inanırlar ki, seçkiqabağı gərginliyə səbəb olan hər iki məmurla bağlı ölçü götürüləcək.
Dekabrın 10-da Bərdə RİH-nin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovun 200 minlik "Leksus" markalı avtomobillə törətdiyi ağır qəzada 1 nəfərin ölməsi, 2 nəfərin yaralanması, icra nümayəndələrindən, bələdiyyələrdə hələ də pul yığmağa davam etməsi azmış kimi, Rayon Mənzil-Təsərrüfat Birliyinin sədri Rauf Məmmədov da öz qanunsuz işlərini əsirgəmir.
Rayondan verilən məlumatda deyilir ki, dövlət tərəfindən Bərdə “JEK”ə 85 min manat vəsait ayrılıb. Lakin ayrılan vəsaitin hara xərclənməsi tamamilə sual altındadır.
Bu vəsait ayrılandan sonra, R.Məmmədov özünə “Land Kruiser” markalı, 90-190 dövlət nömrə nişanlı avtomobil alıb.
Bundan başqa, bu vaxta qədər ayrı-ayrı vaxtlarda ümumilikdə ayrılmış 3 milyon manat dövlət vəsaiti də dağıdılaraq, R.Məmmədovun şəxsi həyatına, təmtəraqlı şəraitinə sərf olunub.
R.Məmmədov Mənzil-Təsərrüfat Birliyinə dövlət vəsaitinin ayrıldığı gündən bir müddət sonra alıb. Həmçinin, Tərtər rayonunda öz ata yurdunu sökdürərək yerində ecazkar bir villa tikdirib.
Ancaq bu məmur barəsində tədbir görülməyib. Eləcə də Z.Bəylərovun yerli məmurları, büdcə təşkilatlarını, məktəb və bağçaları boğaza yığması davam etməkdədir. Törətdiyi qəzadan sonra da işindən əl çəkməyib.
Bərdə imza toplayan ziyalılar qeyd edirlər ki, haqsızlıq, özbaşınalıq, talançılıq, ölüm halları, şikayətlərə baxılmaması, köçkünlərə, şəhid ailələrinə, yerli sakinlərə qarşı laqeydlik partlayış həddinə çatıb.
Bərdə ictimaiyyəti sual edir ki, Baş nazirin müavini nəvəsinin törətdiyi qəza ilə bağlı onu müdafiə etmədi, əksinə qanuna hörmətlə yanaşdı, Nailə 6 il həbs cəzası verildi.
Amma Z.Bəylərovun “Leksus”u ilə toqquşan taksi şoferi Elşad Quliyevin ölümü və iki nəfərin yaralanması ilə bağlı şöbə müdiri məsuliyyətə cəlb olunmayıb.
Eyni zamanda Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nailin iki nəfərin ölümünə səbəb olması ilə bərabər məhkəmə çıxışlarında əməlindən peşman olduğunu deməsi, Ə.Həsənovun ölənlərin ailələrini ziyarət etməsi, bütün maddi xərcləri üzərinə götürməsi müəyyən qədər anlayışla qarşılandı.
Bərdə ictimaiyyəti sual edir ki, bir nəfərin öldüyü, birinin ölüm ayağında olduğu ağır qəzadan sonra Z.Bəylərov nə vəzifəsindən çıxarılıb, nə həbs edilib.
Geri qayıt