Şəmkirdə müəmma: İstefaya gedən başçının xanım müavini haqda ilginc iddia

Şəmkirdə müəmma: İstefaya gedən başçının xanım müavini haqda ilginc iddia Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xanım müavinin vəzifəsindən getməsinin səbəbi sirr olaraq qalır

Media üzərindən araşdırma zamanı məlum olub ki, Məleykə Əlizadə bu posta komitə rəhbərlərindən birinin məsləhəti əsasında təyin olunub.

Bu komitənin adı redaksiyamıza bəlli olsa da, hələlik açıqlamırıq. Mətbuatda gedən yazılara görə, komitənin tövsiyəsi ilə Əlizadə işə götürülüb.

Komitə xətti ilə əvvəllər də başçı müavini təyinatları baş tutub. Belə təyinatlardan biri də Şəmkirin İcra Hakimiyyətində gerçəkləşib. Əvvəllər universitetdə dərs dediyi müddətdə tələbələri get-gələ salan müəllim kimi ad çıxarıb. Bu iddialar mətbuatda gedib.

Məleykə Əlizadə işdən çıxmasıyla bağlı xəbəri təsdiqləyib. Bu barədə BakiPost.az-a açıqlamasında sabiq müdir özü məlumat verib. O bildirib ki, işdən öz ərizəsi ilə azad edilib. M.Əlizadə işdən çıxma səbəblərini də açıqlayıb:

"1 il 1 aydan artıq müddət idi ki, Şəmkir rayon İcra Hakimiyyətində çalışırdım. Ailəm isə Gəncədə qalır. Buna görə artıq ailə problemlərim yaranmışdı. Mən də başa düşdüm ki, onların mənə ehtiyacı var.

Fevralın 1-də ərizə yazdım. Xahiş etdim ki, ailə vəziyyətimlə əlaqədar işdən çıxarılmağımla bağlı göstəriş verilsin. Cənab başçı da məni başa düşdü, sağ olsun, vəzifəmdən azad edilməyimlə bağlı ərizəmi qəbul elədi. İcra başçısı ilə aramızda çox gözəl işbirliyi var idi. İşlədiyim müddətdə də hər zaman razı qalıblar”.

M.Əlizadə yaxın vaxtlarda yeni işə başlayacağını da vurğulayıb: "Mən həmişə dövlətçiliyimizə xidmət eləmişəm, bundan sonra da edəcəyəm. Özüm tarixçi aliməm, uzun müddət kafedra müdiri olmuşam.

Əməkdar müəlliməm, elm sahəsində, ictimai sektorda kifayət qədər tanınmış adamam. Özümü tanıyandan da dövlətimə xidmət eləmişəm, bu gün də edirəm, edəcəyəm.

Öz fəaliyyətimi davam etdirmək niyyətindəyəm, evdar qadın olmaq fikrim yoxdur. Yaxın günlərdə də hara işə düzəlməyimlə bağlı məlumat eşidəcəksiniz”.

Qarşı tərəfi dinləməyə hazırıq.
Geri qayıt