Məktəb direktoru Elmira Şükürovanın xəyallarını puç edir

Məktəb direktoru Elmira Şükürovanın xəyallarını puç edir Ağdam rayon icra başçısı Raqub Məmmədovun yerinə hazırlaşan Elmira Şükürova bir məktəb direktorunun qanunsuz əməllərinin qurbanına çevrilə bilər.

Qaçqın rayonun təhsilində ciddi problemlər var

Kəlbəcər rayon təhsil şöbəsinin müdiri Elmira Şükürovanın həyata keçirdiyi qanunsuzluqlarla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Qeyd edək ki, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov rayonun inkişafı, bu rayondan narazılığın minimum həddə olması üçün fədakar əmək sərf edir. Bununla belə Kəlbəcər təhsili ilə bağlı yaranmış arzuolunmaz situasiya həmin ümumi mənzərəyə kölgə salır.
Etibarlı mənbədən verilən informasiyada iddia olunur ki, Ağdam rayon Təhsil Şöbəsinin müdiri postundan Kəlbəcər rayon Təhsil Şöbəsinə "perevod” alan Elmira Şükürova burada özünün "Ağdam təcrübəsini” tətbiq etməyə çalışır. Xatırladaq ki, Ağdam təhsilinə rəhbərlik etdiyi uzun illər ərzində Elmira Şükürovanın adı bir sıra qalmaqallı maliyyə maxinasiyalarında hallanıb.
Görünür, Elmira xanım indi həmin "ənənələri”ni Kəlbəcərdə də bərqərar etmək istəyir. Bu yöndə onun atdığı ilk addım isə yeni təyinat alarkən məktəb direktorlarının hər birindən ilkin olaraq 500 manat yığaraq onlara 3 ay vaxt verməsi olub.
Bundan sonra isə "aylıq haqq” ənənəyə çevrilib və məktəb direktorları hər ay həmin məbləği ödəmək zorunda qalıb. Mənbəmiz bildirir ki, 114 məktəbi olan Kəlbəcər rayon Təhsil Şöbəsi heç də Ağdam Təhsil Şöbəsindən geri qalmır. Adı çəkilən rayon məktəbləri isə ölkənin müxtəlif yerlərində fəaliyyət göstərirlər. Həmin məktəblərdə tədrisin hansı vəziyyətdə olduğu və hər il dövlətin külli miqdarda vəsaitlərinin hansı şəkildə mənimsənilməsi Elmira Şükürovaya "çox tanışdır”.
İnformasiya mənbəmiz iddia edir ki, məktəb direktorlarının necə "qazandıqlarını” yaxşı bilən xanım Şükürova bu dəfə Ağdam rayonundakından daha fərqli "metoda” əl atıb. Həmin metodun incəlikləri və təhsil şefinin bu yolla nə qədər qazanc əldə etməsi haqda isə araşdırma yazımızı yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.
Xatırladaq ki, Kəlbəcər rayon Təhsil Şöbəsinin nəzdindəki 114 məktəb 16 rayonda və 3 şəhərdə fəaliyyət göstərir. Bu məktəblər Gəncə şəhərində – 17, Bakı şəhərində -15, Xırdalan şəhərində 3, Mingəçevir şəhərində -7, Xaçmaz 1, Şamaxı-1, Ağsu 1, Goranboy-14, Tərtər – 8, Bərdə – 18, Yevlax – 8, Göygöl – 9, Samux – 3, Daşkəsən – 4, Şəmkir – 2, Samux – 3, İmişli – 1, Zərdab – 1, Qəbələ – 1, Oğuz – 2, Şəki -1 rayonlarında yerləşir.

xeberci.org
Geri qayıt