Vaqif Abdullayev Diyarşünaslıq muzeyinin yerini dağıdaraq biznesmenə satıb - FOTOLAR

Vaqif Abdullayev Diyarşünaslıq muzeyinin yerini dağıdaraq biznesmenə satıb - FOTOLAR Ölkədə icra başçılarının dəyişməsi prosesi davam edir. Məlumata görə, PA-dan bir neçə icra başçısına xəbərdarlıq edərək, vəzifələrini layiqincə yerinə yetirmsini tapşırıb. Bu icra başçılarını içində ən çox şikayət gələn icra başçısı Vaqif Abdullayev isə son xəbərdarlıq edildiyi bildirilib.
Ancaq buna baxmayara Beyləqan icra başçısı öz mənafei üçün işlədiyini növbəti dəfə nümaiş etdirib. Beləki, bir neçə il əvvəl dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılaraq əsaslı təmir edilən Beyləqan Diyarşünaslıq muzeyi icra başçısı Vaqif Abdullayev tərəfindən dağıdılıb. Beyləqan rayon sakinlərinin dediyinə görə, icra başçısı məhv etdiyi muzeyin yeri hansısa biznesmenə satıb. Qeyd edək ki, muzey Ulu öndərin təşşəbbüsü ilə yaradılıb.
İddiaya görə, dağıdılan muzeyin, faciəvi sonluğu ilə bağlı narazılıq yuxarılara qədər eşidilib. Baş verən hadisənin təfərrüatı ölkə başçısına bildirilib. Məlumata görə, Vaqif Abdullayev təcili PA-ya çağrılıb. Bir neçə saat aparatda sorğu-sual edilən rayon rəhbərinə işdən uzaqlaşdırıldığı deyilib. Gələn xəbərlərdə oda deyilir ki, hal-hazırda icra başçısı paytaxta yuxarıda işləyən qohumlarına minnətçi düşüb…
Əldə etdiyimiz məlumatlarda deyilir ki, rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq satılması və zəbt olunması, sakinlərin məişət problemlərinin həllinə biganəlik və bir çox digər ciddi qanun pozuntuları rayon sakinlərinin canını boğazına yığıb. Vaqif Abdullayevin yarıtmaz idarəçiliyindən cana doyan yerli sakinlər preziden aparatına yazdıqları şikayətdə də bildirmişlər ki, rayonda nə bir abadlıq işləri həyata keçirilib, nə iş yerləri açılıb, nə də qeyri-neft sektorunun inkişafına dair layihələr reallaşıb. Sanki, prezidentin apardığı islahatlarla bağlı icra başçılarına verdiyi göstərişlər sanki V.Abdullayevə şamil olunmayıb.
Bundan başqa, icra başçısının himayəsinə sığınmış bir çox məmurlar yol verdikləri özbaşınalıqlarla bir tərəfdən vətəndaşların hüquqlarının pozulmasına, digər tərəfdən də külli-miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə səbəb olub. Beyləqanda yaşanan nöqsanlar, mənimsəmə halları və özbaşınalıqlar Vaqif Abdullayevin fəaliyyətinin bariz numunəsi olduğu gələn xəbərlər arasında yer alıb.

Qarşı tərəfidə dinləməyə hazırıq.

Paytaxt.org
Vaqif Abdullayev Diyarşünaslıq muzeyinin yerini dağıdaraq biznesmenə satıb - FOTOLAR
Vaqif Abdullayev Diyarşünaslıq muzeyinin yerini dağıdaraq biznesmenə satıb - FOTOLAR
Vaqif Abdullayev Diyarşünaslıq muzeyinin yerini dağıdaraq biznesmenə satıb - FOTOLAR
Vaqif Abdullayev Diyarşünaslıq muzeyinin yerini dağıdaraq biznesmenə satıb - FOTOLAR
Vaqif Abdullayev Diyarşünaslıq muzeyinin yerini dağıdaraq biznesmenə satıb - FOTOLAR
Geri qayıt