Zərdab kimi problemlər içində itib-batan ikinci bir rayon yoxdur - ŞİKAYƏT

Zərdab kimi problemlər içində itib-batan ikinci bir rayon yoxdur - ŞİKAYƏT Zərdab rayon sakinləri tərəfindən

ŞİKAYƏT

Hörmətli Prezident !
Azərbaycan Respublikasınıda Zərdab kimi problemlər içində itib-batan ikinci bir rayon yoxdur ki, bütün bunları korrupsioner icra başçısı Lütvəli Babayev yaratmışdır.10 ildir Zərdab rayon icra başçısı vəzifəsində olan Lütvəli Babayevin məqsədi ancaq öz şəxsüi maraqlarını təmin etməkdir.Nəticə isə göz qarşısında Zərdab şəhəri zibilliklərə qərq olub, yollar dağılıb, rayon xarabalığa bənzəyir.Kəndlərdə həmçinin yolsuzluqdan əziyyət çəkirlər.Lütvəli Babayev indidə uşaq bağçalarına əl atıb.Artıq bir aydır ki, Zərdab rayon ərazisindəki uşaq bağçalarında yemək verilmir.Valideyinlər uşaqlarını bağçaya aparanda yeməyidə özləri ilə aparırlar.Ancaq bağçalarda divara vurulan cədvəldə yalandan hər gün uşaqlara yemək verildiyi yazılıb.Lütvəli Babayev tapşırıq verib ki, nəyin bahasına olur-olsun pambıq palanının əvəzinə pul ödəməliyik.Bu il Zərdab rayonu Lütvəli Babayevin səriştəsizliyinə görə pambıq planını verə bilmədi.Sahələrdə tonlarla pambıq itib-batdı tələf oldu yığılmadı.İndi Lütvəli Babayev Ucar pambıq təmizləmə zavodu ilə danışıq aparıb pul gücünə saxta plan vermə həyata keçirmək istəyir.Bütün bələdiyyə sədrləri, icra nümayəndələri, idarə müdirləri və sahibkarlardan pul toplanılır.Həttda utanmaz-utanmaz uşaq bağçasınıən ərzağınıda dayandırıb pulu pambıq almaya sərf edir.Bu boyda qanunsuzluq, saxtakarlıq olmaz ki, bunu Lütvəli Babayev edir.
Prezident İlham Əliyev uşaq bağçalarına xüsusi diqqət və qayğı göstərdiyi bir vaxtda Lütvəli Babayevin belə yersiz özbaşınalığının adı nədir ? Bu sual bütün zərdablıları düşündürür.Hörmətli Prezident cənab İlham Əliyevdən xahiş edirik anormal hərəkətləri ilə insanlara zülm, əziyyət verən Zərdab rayon icra başçısı Lütvəli Babayevin barəsində tədbir görəsiniz.

İmza; Zərdab rayon sakinləri:

1. Yaqubov Cavanşıir Aslan oğlu
2. Umudova Firuzə Kamil qızı
3. Ddaşov Feyruz Sabir oğlum
4. Alıyeva Solmaz Oruc qızı
5. Rəfiyev Bahadur Həsən oğlu
6. Məmmədov Tahir Qadir oğlu
7. Kərimova Sona Şəmsəddin qızı
8. Səmədova Asudə Əliyar qızı

xalqxeber.az
Zərdab kimi problemlər içində itib-batan ikinci bir rayon yoxdur - ŞİKAYƏT
Zərdab kimi problemlər içində itib-batan ikinci bir rayon yoxdur - ŞİKAYƏT
Geri qayıt