Qubanın yeni icra başçısı özünə təzə 1-ci müavin təyin etdi

Qubanın yeni icra başçısı özünə təzə 1-ci müavin təyin etdi Məlumdur ki, 2 dekabr tarixində Prezident Quba RİH-nin başçısı Yaşar Məmmədovu vəzifəsindən azad edərək uzun müddət “Azəravtoyol”da çalışmış Ziyəddin Əliyevi rayona başçı təyin edib.

Yeni təyinatdan bir neçə gün sonra başçının birinci müavini Yusif Abidov vəzifəsindən uzaqlaşdırılıb.

Daxil olan məlumata görə, yeni icra başçısı bu gün uzun müddət Yol idarəsində çalışmış Aydəmir Manafovu özünə birinci müavin təyin edib.

Məlumatı rayon icra hakimiyyətindən təsdiq etdilər.

NUH.az
Geri qayıt