Ağdamda prezidentin və Ulu öndərin şəkillərinə hörmətsizlik - FOTOFAKT

Ağdamda prezidentin və Ulu öndərin şəkillərinə hörmətsizlik - FOTOFAKT Azərbaycanda bəzi məmurların eqosu əndazəni aşır.
Bəzən elə ifrat həddə çatır ki, anlamaqda belə çətinlik çəkirsən.
Bu günlərdə Ağdam Rayon Mərkəzi Xəstəxanasına gələn vətəndaşlar donub qalıblar.
Obyektiv.info-ya məlumat verən mənbə bildirir ki, Ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin əks olunduğu portretlər xəıstəxananın işçiləri tərəfindən divardan asıldıqları yerdən çıxarılaraq foyedə döşəməyə qoyulub. Baş həkim həmin şəkilləri münasib vaxtda , xəstəxanada nisbətən adam az olanzaman aparıb haradasa anbara atmağı ya yandırmağı tapşırıb.
Səbəb isə baş həkim Bəxtiyar Haqverdiyevin mövcud iqtidara dönüklüyü deyil. Sadəcə həmin şəkillərdən ondan əvvəl baş həkim işləmiş Gülnar Abbasova da əks olunub. Bu isə hazırki baş həkimin əsəblərinə toxunurmuş yaqin. Başqa izah tapmaq çətindi.
Gülnar Abbasova bu dövlətə və iqtidara qəlbən bağlı adamdır. Bəxtiyar Haqverdiyev nədən belə hərəkət edir-məğər vəzifədən çıxan şəxs düşməndir? Bu addım heç bir etik normalara sığımır.
Ağdamda prezidentin və Ulu öndərin şəkillərinə hörmətsizlik - FOTOFAKTAğdamda prezidentin və Ulu öndərin şəkillərinə hörmətsizlik - FOTOFAKT
Geri qayıt