Özünü Heydər Əliyevə oxşadan icra başçısı- FOTO

Özünü Heydər Əliyevə oxşadan icra başçısı- FOTO Təqdim etidiyimiz fotodakı bina Goranboy pambıq qəbulu məntəqəsinin binasıdır. Binanın divarına vurulmuş pambıq tarlasında çəkilmiş fotodakılardan biri isə rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevdir.
Zaman-zaman bir çox qalmaqalları ilə gündəmə gələn başçı deyəsən artıq özünü rayonun XANı kimi hiss etməyə başlayıb. Və bunu hər kəsə göstərməkdən də çəkinmir ki, böyük fonda fotosunu binanın önünə vurub.
Hələ 60-70-ci illərdə ölkədə pambıq bumu yaşanarkən həmin vaxt Azərbaycan SSRİ mərkəzi komitəsinin birinci katibi olan Heydər Əliyev pambıq sahələrinə baş çəkər, zəhmətkeşlərlə görüşər və çəkilmiş fotoları da rayon rəhbərləri tərəfindən görkəmli yerlərə vurulardı. Burda əsas məqsəd zəhmətkeşləri həvəsləndirmək, işlərinə daha həvəslə yanaşmalarını təmin etmək idi.
İndi isə Nizaməddin Quliyev pambıq tarlasında çəkilmiş fotosunu divarlara vurmaqla ya özünü Heydər Əliyev hesab edir, ya da özünü ona bənzətməyə çalışır. Hər halda icra başçısı pambıq qəbulu məntəqəsinin divarına mərhum dövlət başçısının və ya hazırkı prezident İlham Əliyevin pambıq tarlasında çəkilmiş çox saylı fotolarından birini vura bilərdi. Bu daha çox məntiqəuyğun olardı. Amma...
Yeri gəlmişkən, bu pambıq qəbulu məntəqəsində ötən ilin dekabrında yanğın baş vermişdi. Nəticədə hər biri təqribən 300 ton olan 4 pambıq tayası yanmışdı. Həmin vaxt yayılan xəbərlərdə bildirilirdi ki, yanğın qəsdən törədilib. Səbəb isə rayonun pamıq planını doldurmaması olub. Məntəqəni yandıraraq plana daxil olan pambığın da yandığını göstərməyə çalışmışdılar. Və bu hadisədə Nizaməddin Quliyevin adı çəkilirdi.
İndi həmin məntəqənin binasından icra başçısının pambıq tarlasında çəkilmiş fotosu boylanır. Kim bilir, bəlkə Nizaməddin Quliyev bununla kimlərəsə mesaj verməyə çalışır...

qaynarinfo
Özünü Heydər Əliyevə oxşadan icra başçısı- FOTO
Özünü Heydər Əliyevə oxşadan icra başçısı- FOTO
Özünü Heydər Əliyevə oxşadan icra başçısı- FOTO
Geri qayıt