Nazirin adından vətəndaşın haqqını kim yeyir? - VİDEO

Nazirin adından vətəndaşın haqqını kim yeyir? - VİDEO Göyçay rayonu Ü.Hacıbəyov küçəsi ev 84 A mənzil 12-də qeydiyyatda olan Məmmədova Elmira Ramiz qızı xalqxeber.az-a şikayət məktubu göndərib. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova ünvanlanmış məktubun mətnində deyilir:

"Mən mətbuat vasitəsi ilə Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərova müraciət etmək istəyirəm.
Hörmətli Nazir! Elə sanın ki mən də sizin bacınızam. Bir Azərbaycan qadını kimi, ali təhsilli müəllim kimi sizə müraciət edib xahiş edirəm sizin adınızla mənim zəbt edilmiş torpağımı və ya ona düşəcək kompensasiyanı özümə qaytarılmasına yaxından köməklik edəsiniz.Belə ki, Qəbələ rayonu Durca kəndində 15 avqust 2004-cü il tarixdə 5 ha torpaq sahəsi almışdım.Həmin 5 ha torpaq sahəsinin alınmasına dair bütün qanunu sənədlərim var.İstəyim o idi ki, ləzgi milliyətindən olduğum üçün orada ev tikdirib doğulduğum kəndə baba yurduma köçüm orada yaşayım.Ancaq Tufandağ İstirahət Mərkəzinin kanatının eniş nöqtəsi mənim torpağım olan əraziyə düşmüşdür.İndi mənə bunun üçün həmin kəndən nə torpaq sahəsi verilımir nədə ki, qanunu torpağıma görə kompensasiyam ödənilmir.Baxmayaraq ki, bu barədə sizə və diğər qrumlara ərizələrlə çoxlusayda müraciətlər etmişəm.Bilirəm ki, həmin ərizələrim şəxsən sizə çatmadığı üçün müsbət həll edilməyib və süründürməçiliyə məruz qalmışam.Qəbələ rayon İcra Hakimiyyətindən mənə bildirirlir ki, zəbt edilmiş torpağının əvəzinə sənə Soltanuxa kənd ərazisindən torpaq sahəsi verə bilərik.Ancaq mən buna razı deyiləm çünki mənim ata-babam Durca kəndində yaşayıb. Durca kəndi ərazisində Tufandağ İstirahət Mərkəzi inşa edilən zaman kimin evi torpağı tikinti altına düşdüsə onlara həmin kəndən ev tikilib verildi, kompensasiyaları düzgün ödənildi.Ancaq mənə müxtəlif bəhanələrlə rədd cavabı verilmişdir.Durca kəndində boş torpaq sahəsi var sadəcə olaraq vermək istəmirlər.Bütün bu qanunsuzluğu isə sizin adınızla bağlayırlar.Ancaq mən buna qətiyyən inanmıram.İstəyim orada ev tikdirib yaşamaq olub.Durca kəndindən ya mənə torpaq sahəsi verilsin yada torpağımın əvəzi kompensasiyam özümə ödənilsin.Hamı sizi çörəkverən, ədalətli nazir kimi tanıyır.Buna görə də mən mətbuat vasitəsi ilə sizə müraciət etməyi qərara aldım.
Hörmətli Kəmaləddin Heydərov Sizdən bir Azərbaycan qadını kimi çox-çox xahiş edirəm Qəbələ rayonunun Durca kənd ərazisində mənə məxsus 5 ha torpaq sahəsinin üzərində Tufandağ İstirahət Mərkəzi inşa edildiyi üçün qanunu kompensasiyamın ödənilməsinə köməklik göstərəsiniz.
Bütün qanunu sənədlərimi müraciətimə əlavə edirəm.

xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq və narazı vətəndaşın yolladığı videomaterialı da təqdim edirik:


Nazirin adından vətəndaşın haqqını kim yeyir? - VİDEO
Nazirin adından vətəndaşın haqqını kim yeyir? - VİDEO
Nazirin adından vətəndaşın haqqını kim yeyir? - VİDEO
Nazirin adından vətəndaşın haqqını kim yeyir? - VİDEO
Nazirin adından vətəndaşın haqqını kim yeyir? - VİDEO
Geri qayıt