«Göyçay Baytarlıq idarəsi» rüşvət tələb edir?

«Göyçay Baytarlıq idarəsi» rüşvət tələb edir? Bizə elə gəlirdi ki,Azərbaycanın Respublikasında ən məşhur Ağadadaş -müğənni, xalq artisti Ağadadaş Ağayevdir. Amma, Göyçay rayonu üzrə araşdırmamız bunun əksi olan faktı ortaya qoydu. Qəssabxanalarda olan ciddi antisanitariya halları,kəsilmiş heyvanların qanının hara gəldi axıdılması, xeyli hallarda mənşəyi məlum olmayan cəmdəklərin real kəsilmiş mal cəmdəklərinə qatılaraq əhaliyə satılması Ağadadaş üçün, qəssablara qarşı təyin edilmiş bacı almağa mane olmur. Əksinə, Ağadadaş onlara elə reket haqqı qoymuşdur ki,qəssablar üzuz ət mənbələri tapmağa zorlanmışlar ;heç olmasa, özlərinə də beş -üç manat qalsın. Onlar bilirlər ki,Ağadadaş dadaş, onsuz da, satdıqları cəmdəyin "peçatını"döşəyəcək.Bunun üçün ətin mənşəyi və satış standartlarına cavab verməsi önəmli deyil.
Adının hallandırılmasını istəməyən mənbənin verdiyi məlumata görə,Ağadadaş qardaş Göyçay baytarlıq idarəsinin işçilərinin əmək haqlarının da bir hissəsinə əl qoymuşdur. Onların maaşlarından "rayon tədbirləri","nazirlik tədbirləri "adı altında xərac yığaraq mənimsəmək onun ikinci qazanc mənbəyi hesab edilir. Ağadadaş dadaşın idarəsində "ölü canların"olması da istisna deyil.
Bunlardan əlavə, Ağadadaş dadaş qardaşı Qiyasla birləşərək, Göyçay rayonu ərazisində heyvan dərmanlarının və preparatlarının satışını konkret monopoliyaya alaraq, ağalıq edirlər. Yəni, onlardan başqa bu işə baş qoşan adamların biznesi, mütləq uğursuzluğa məruz qalır. Təkrar yəni,kiminsə gətirdiyi dərman və preparatlar xarab çıxarılır və sonda həmin millət nümayəndəsi suyu süzülə-süzülə "döyüş meydanını" tərk edir.Amma, bu monopolistlərin satdıqları keyfiyyətsiz dərmanlar ucbatından qırılan toyuq-cücələrin hesabını soran, nədənsə yoxdur.Günahı yazıq "epidemiyanın " üstünə yıxmaq isə bu baytarlıq professorlarının əlində iki vuraq ikidir. İndi, Göyçay rayonunda, toyuq -cücə saxlamaq istəyən zənmətkeşlərdə "Ağadadaş sindromu "əmələ gəlmişdir. Üçüncü dəfə yəni, çüçələrin salamat böyüyəcəyinə əminliklərini ,demək olar ki,yoxdur.
Hər gün eşidirik ki,Kənd təsərrüfatı naziri Heydər Əsədov hansısa idarə müdirini işdə yol verdiyi nöqsanlara ğörə vəzifəsindən kənarlaşdırdı. Bəs, belə isə, cənab nazir ölkənin tam ortasında yerləşən, mahnıda deyildiyi kimi ,"Şirvanın gözü"olan bu məkanda aşkar meydan sulayan şəxsi hansı səbəbdən cəzalandırmır? Yığdığı haram pullar hesabına yüzlərlə hektar torpaq sahələrinə, milyon dollarlarla əmlaklara sahib olan bu, sözün real mənasında, əhalidə qıcıq doğuran şəxs,* niyə tərəfinizdən himayə olunmuş kimi təsir bağışlayır ,cənab nazir? Bu ona, onun timsalında ölkə rəhbərliyinə müsbət reaksiya doğurmur. Axı, cənab prezident, məhz belə harınlamış vəzifəli adamlara qarşı daha kəsin mövqe tutduğunu, dəfələrlə əyani şəkildə sübut edib.
...Göyçay rayonunda məlum müğənnini məşhurluq kölgəsində qoyan Ağadadaş dadaşın ipini Heydər müəllim yığmasa, vallahi -billah o,səsinin əbədi kəsilməyəcəyini hiss edərək ,oxumağa da başlaya bilər!!Vay o günə!

bia.az
Geri qayıt