Üçüncü dəfə qaçqına çevrilir... - Qubadan şikayət

Sonuncu qovulma isə Quba rayonunda gerçəkləşməkdədir.
Belə ki, Xocalıdan didərgin düşdükdən sonra Qubada özünə güc-bəla ilə yuva quran Nurməhəmməd bəy 3 otağa 16 nəfər ailə üzvünü sığışdıra bilib. İndi isə SOCAR şirkəti qaz xəttinin üzərində yerləşdiyini əsas gətirərək, evi sökmək qərarına gəlib.
Nurməhəmməd kişi yenə də etiraz etmir. Amma “ev üçün kompensasiya verin” deyir. Hətta məhkəmə qərarında da kompensasiya ödənişi nəzərdə tutulub. Amma SOCAR ödəniş etməkdən imtina edir.
Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev Modern.az-a məsələnin araşdırlacağını bildirib.