Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilmişdir

Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilmişdir Füzuli rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilmişdir .

Mərasimdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Prezident Administrasiyasının Ərazi təşkilatçılığı məsələləri şöbəsinin məsul əməktaşı Əflatun Rufuyev, Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Füzuli rayonundan Millət vəkili Bahar xanım Muradova, Millət vəkili Elman Nəsirov, Cəbrayıl rayon İcra Hakimiyyətin başçısı Kamal Həsənov, Müdafiə Nazirliyinin yüksək rütbəli hərbiçiləri general-mayor Rasim Əliyev və general-mayor Mais Bərxudarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin əsgər və zabitləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimayət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları Horadiz şəhərində Heydər Əliyev parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsinə ehtiramlarını bildirmişlər.

xalqxeber.az-a xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev tədbiri açmış, Prezident cənab İlam Əliyevin 23 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Horadizə şəhər statusunun verildiyini bildirmişdir. Alı Alıyev 1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfində tam işğal olunduğunu, 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Ulu Öndərin rəhbərliyi altında rayonun 22 yaşayış məntəqəsi və Horadiz qəsəbəsinin işğaldan azad olunduğunu bildirmişdir. Alı Alıyev qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Horadiz qəsəbəsi və işğaldan azad olunmuş digər yaşayış məntəqələrinin bərpa olunmasına başlanmışdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Horadizdə təhsil, səhiyyə, mədəniyyət və digər infrasturuktr obyektləri həmçinin işğal dövrü yandırılmış, dağıdılmış evlər və küçələr bərpa olunmuşdur. Füzulilər öz doğma evlərinə qayıtmışlar. Alı Alıyev vurğulamışdır ki, Prezident cənab İlham Əliyev son 10 ildə Füzuli rayonuna 6 dəfə səfərə gəlmiş , Rayonun və Horadiz şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalamışdır. Alı Alıyev Azərbaycanın birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Füzulilərə diqqət və qayğısından danışmışdır. Bildirmişdir ki Mehriban xanımın diqqət və qayğısı nəticəsində Füzuli rayonunda 5 böyük lahiyə həyata keçirilmişdir. Bununda 4-ü Horadiz şəhərinin payına düşür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Horadiz şəhərində 240 yerlik məktəb, 100 yerlik uşaq bağçası, Tarix-Diyarşünaslıq muzeyi və Rəsm Qalareyası tikilib istifadəyə verilmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Horadiz şəhərinin işğaldan azad olunmasından danışmışdır. O Prezident cənab İlham Əliyevin Horadizə şəhər statsunun verilməsi haqqında sərəncamının tarixi əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Bahar Muradova Prezident cənab İlham Əliyevin Füzulilərə diqqət və qayğı ilə yanaşdığını, onların yanında olduğunu vurğulamışdır.
Müdafiə Nazirliyinin rəsmiləri general-mayor Rasim Əliyev və general-mayor Mais Bərxudarov çıxış edərək Horadiz şəhərinin və 22 yaşayış məntəqəsinin azad edilməsində Ümummilli Lider Heydər Əliyevin müstəsna komandanlıq qabiliyyətindən söz açıblar. Bildirilib ki, Ulu Öndərin 1993-cü il 2 noyabr müraciətindən sonra minlərlə gənc könüllü olaraq cəbhəyə yollanıb.
Mərasimdə həmçinin çıxış edən Millət vəkili Elman Nəsirov , Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və başqaları Horadizin şəhər statusu almasından sonra keçən 10 il ərzində burada görülən abadlıq –quruculuq işləri nəticəsində şəhərin simasının tamamilə dəyişməsinin şahidi olduqlarını bildirmişlər.
Horadizin şəhər statusu almasının 10 illik yubileyi münasibətilə keçirilən tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansanblının və Müdafiə Nazirliyinin xüsusi orkestrinin müşayiəti ilə şəhər sakinlərinə bayram konserti təqdim edildi. Bir-birindən maraqlı mahnılar, rəqslər və hərbi marşlar bayrama gələnlərdə xoş təəsürat yaratdı.
Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilmişdir
Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilmişdir
Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilmişdir
Horadizə şəhər statusu verilməsinin 10 illiyi münasibəti ilə təntənəli mərasim keçirilmişdir
Geri qayıt