İsmayıllıda qardaşı narkotiklə tutulan məmuru kim qoruyur?

İsmayıllıda qardaşı narkotiklə tutulan məmuru kim qoruyur? Azərbaycanda olimpiya idman kompleksləri tikilərkən qarşıya qoyulan hədəflər ölkədə yeni idmançı nəsil yetişdirmək idi
Amma zaman keçdikcə bu komplekslər fəaliyyət profilini dəyişməyə başladı. Onların əksəriyyətinin zalları otel, sauna, restoran xidməti göstərdilər.
Məlumata görə, onlardan biri - İsmayıllı Olimpiya İdman Kompleksi də öz profili üzrə işləmir.
MMC-nin direktoru Tofiq Hümbətov İsmayıllı Olimpiya İdman Kompleksində idmandan daha çox, gecə gələn qonaqlara qapıları açır.
Ötən il 60 min manat kəsirlə fəaliyyət göstərmiş kompleks bu itkiləri gecə qonaqlarından çıxarır.
Bir gecəsi 50 manat dəyərində qiymətləndirilən katejlərdə kim istəsə xoş istirahət edə bilər.
Bu həmin Tofiq Hümbətovdur ki, qardaşı Şükür Hümbətov bu ilin iyun ayında narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb.
Həmin vaxt Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Yasamal rayonu ərazisində İsmayıllı rayon sakinləri Mərdan Mehrəliyev və Şükür Hümbətov narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıb.
Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində M.Mehrəliyevin idarə etdiyi "Niva” markalı avtomobilə baxış zamanı 10 kiloqram 410 qram marixuana aşkar edilərək götürülüb.
Məlumata görə, Tofiq Hümbətov qardaşı Şükür Hümbətovla birgə şərikli bizneslə məşğul olublar.
Onlar İsmayıllıda dəri biznesi ilə məşğul olmaqla yanaşı, həm də böyük fermer təsərrüfatına, Bakıda bir neçə mənzilə, ticarət obyeklərinə sahibdirlər.
T.Hümbətov işdən azad edilməyib, qardaşı da həbsdən buraxılmayıb. MMC rəhbəri qardaşını xilas etmək istəsə də, mümkün olmayıb.
Bildirilir ki, Hümbətov qardaşlarının birdən birə varlanması indiyə qədər hər kəsdə şübhə doğurub.
O da bildirilir ki, Hümbətov qardaşları İsmayıllı rayonunun sabiq icra başçısı olan Nizami Ələkbərova yaxınlıqları ilə seçiliblər.
İsmayıllı rayonunda fermer təsərrüfatı, dəri sexi, Bakı şəhərində bir neçə mənzilə, ticarət obyeklərinə sahiblənən və beləliklə də özlərinə böyük biznes imperiyası quran Tofiq Hümbətovun fəaliyyəti səlahiyyətli qurumlar tərəfindən araşdırılmayıb.
İsmayıllı Olimpiya İdman Komleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfat hesablı qurumdur.
Bu qurumun fəaliyyəti barədə jurnalist araşdırmaları onun adının belə qalmaqallı işlərdə çəkilməsindən irəli gəlir.
Reportyor.tv yazmışdı ki, məsələlərlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə T. Hümbətovla əlaqə saxlayıb, barəsində səslənən iddialara aydınlıq gətirməsini vurğulasaq da, o, məmura və ziyalıya yaraşmayan şəkildə etiq normanı aşaraq "ay o məlumatı Sizə verənin.... bu şərəfsizlər məndən pul alıb sonrada məlumatı başqa redaksiyalara ötürürlər”-deyərək heç ağzımızı açıb bir söz deməyə də imkan verməyib.
Bununla belə, bununla bağlı Hümbətovun mövqeyini işıqlandırmağa çalışacağıq. Eyni zamanda gənclər və idman naziri Azad Rəhimova İsmayıllı İdman Kompleksi barədə sorğu göndərəcəyik.
Geri qayıt