"Tərifli motaldan QURD ÇIXDI".. OBA Marketin Şirvan filialında istehlakçı hüquqları pozulur..

"Tərifli motaldan QURD ÇIXDI".. OBA Marketin Şirvan filialında istehlakçı hüquqları pozulur.. Azərbaycanda əhalinin ərzaq təhlükəsizliyinə dövlət nəzarəti, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması ilə yanaşı istehsal, ixrac və idxal edilən ərzağın keyfiyyəti, habelə istehlakçıların hüquq və mənafelərinin qorunması, insanların həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək yeyinti məhsullarının istehsalının, idxalının və satışının qarşısının alınmasını həyata keçirir.
Lakin bütün bunlara baxmayaraq paytaxtda və bölgələrdə fəaliyyət göstərən bəzi ticarət subyektlərində qida üçün yararsız məhsullara rast gəlmək olur ki, nəticədə yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi tələbləri kobud şəkildə pozulur.
Şirvan sakini analoji halla üzləşib.
Məsələ ilə bağlı müraciət ünvanlayan şəhər sakin Rafiq Həsən oğlu Rəhimov, istehlakçı hüquqlarının pozulması ilə bağlı redaksiyaya şikayət məktubu ünvanlayıb.
İş adamı, Şirvanda "Hacı Rafıq" kimi tanınan Rafiq Rəhimov bildirir ki, OBA Marketlər şəbəkəsinin Şirvan "Folklor Evi" yaxınlığındakı filialından evi üçün un alıb.
Evdə un kisəsini açdığı zaman isə unun içərisindən müxtəlif ölçülərdə qurdlar çıxdığını görüb.
R. Rəhimov marketə dönərək iradını mağaza rəhbərliyinə çatdırıb.
Lakin mağaza rəhbərliyi və satıcılar bu ittihamla razılaşmayaraq və eyni zamanda şikayətçini ciddiyə almayaraq: "Bizdə belə şey ola bilməz, səhv salmısınız" deyərək R. Rəhimovun iddiasına biganə yanaşıblar.
"OBA Marketdən alış-veriş edən sakinlərə bildirmək istəyirəm ki, diqqətli olsunlar”, – deyə şikayətçi vurğulayıb və baş verənlərdən hiddətlənərək, sonda bizim vasitəmiz ilə məsələni əlaqədar qurumların diqqətinə yönəltmək qərarına gəlib.
Xatırladaq ki, qida məhsullarında hər hansı qurdların əmələ gəlməsi yolverilməz olduğu ilə yanaşı kifayət qədər təhlükəlidir və insan orqanizminə yetərincə ziyan vura bilər.
OBA Marketə gəlincə isə, unun içindən qurdların çıxması faktı təsdiqlənərsə mağaza rəhbərliyini 1500 manata qədər cərimə gözləyir.
P.S.Xatırladaq ki, qısa zaman ərzində ölkədə populyarlıq qazanmış OBA Marketlər şəbəkəsinin paytaxt və bölgələr üzrə 300-ə yaxın filialı fəaliyyət göstərir və Azərbaycanın iri istehsal və ticarət şirkəti olan Veysəloğlu qrupuna bağlıdır.

Əlaqe 050- 503- 43- 93

OperativXeber.az
Geri qayıt