TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədovdan Məleykə Abbaszadəyə -ŞİKAYƏT

TQDK-nın Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədovdan Məleykə  Abbaszadəyə -ŞİKAYƏT Azərbaycan Respublikasının Dövlət
İmtahan Mərkəzinin Sədri Məleykə Abbaszadəyə

MÜRACİƏT
Hörmətli Məleykə xanım, Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yarandığı vaxtdan indiyədək şərəfli yol keçmiş, öz işini günün tələbləri səviyyəsində qurmağa səy göstərmişdir. Sizin rəhbərliyiniz altında Komissiya işini daha da təkmilləşdirmiş, son texnologiya və təcrübələrdən bəhrələnərək mühüm nailiyyətlərə imza atmışdır. Yarandığı 20 ildən artıq bir müddətdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tələbə qəbulu üzrə dövlətin müvafiq qərar və göstərişlərini layiqincə yerinə yetirmiş, aşkarlıq və şəffaflığı tam təmin etməyə müvəffəq olmuşdur. Buna görə Sizə çox böyük təşəkkürü-müzü bildiririk.
Hörmətli Məlykə xanım,amma məlumunuz edirik ki, Sizin bu obyektiv işinizə mane olan şəxslər də var.Belə ki,uzun müddətdir ki,Gəncə şəhərində qabiliyyət imtahanları keçirilir. Bu imtahanlar Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində və Gəncə Dövlət Universitetində keçirilir. ADAU-da “dizayn” və “memarlıq” ixtisasları üzrə, Azərbaycan Texnologiya Universittində "dizayn", Gəncə Dövlət Universitetində isə "bədən tərbiyəsi və idman","təsviri-incəsənət müəllimliyi","musiqi müəllimliyi" ixtisasları üzrə qabiliyyət imtahanları keçirilir.Təkcə GDU-da "bədən tərbiyəsi və idman" ixtisası üzrə 100 nəfərə yaxın,"təsviri-incəsənət müəllimliyi" ixtisası üzrə 50 nəfərə yaxın,"musiqi müəllimliyi" ixtisası üzrə 20 nəfərə qədər plan yeri var.Bu qabiliyyət imtahanlarının keçirilməsinə rəhbərliyi Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov həyata keçirir.Bu imtahanlarda heç bir obyektivlik yoxdur.
Hörmətli Məleykə xanım "Bədən tərbiyəsi və idman" ixtisası üzrə 2017-2018-ci tədris ilində keçirilmiş imtahanların nəticəsi ilə tanış olmaq istəsəz,görərsiz ki,idman ixtisasına qəbul olmuş 100 nəfər tələbənin 80 nəfəri turnikdə çəkilə bilmir,tullana bilmir.Elə tələbə var ki ,çəkisi 100 kq-dan çoxdur,50 metr məsafəyə qaça bilmir.Qəbul olmuş bu 100 nəfər tələbənin içərisində elələri var ki, şikəstdir, imtahana belə gəlməyiblər,amma idmandan qabiliyyət imtahanından keçib tələbə adını "daşıyırlar".
Bizim yazdıqlarımızın düzgünlüyünü elə təkcə "bədən tərbiyəsi və idman" ixtisasına komissiya göndərib qabiliyyət imtahanından keçib tələbə adını qazananların idman bacarıqlarını yoxlatmaqla görə bilərsiniz."Bədən tərbiyəsi və idman","təsviri-incəsənət müəllimliyi" ixtisaslarında qabiliyyət imtahanlarını heç bir savadı və qabiliyyəti olmayan şəxslər götürür.Bu şəxslər imtahana Nəsimi Məmmədov tərəfindən salınır,bunların əksəriyyəti onun badə dostlarıdır.GDU-nin,ADAU-nun,Texnologiya Universitetinin İdman kafedralarında savadlı,qabiliyyətli, yüksək idman göstəricilərinə malik şəxslər olsa da onların heç biri imtahana salınmır."Təsviri-insəsənət müəllimliyi" ixtisasında uzun müddətdir ki,eyni müəllimlər imtahana salınır,hansı ki,bu müəllimlərin eləsi var ki,adi düz xətti belə çəkə bilmir.
"Təsviri-incəsənət müəllimliyi" ixtisasında bu ixtisas üzrə Qərb zonasında yeganə mütəxəssis olan respublikanın əməkdar rəssamı,professor Şaiq Məmmədov kənarda qalır,imtahana salınmır,amma heç bir qabiliyyəti olmayan orta məktəb müəllimələri Nəsimi Məmmədov tərəfindən imtahanlara cəlb olunur və qabiliyyət imtahanı götürür.Nəsimi Məmmədov kimlərə qiymət yazdırmaq istəyirsə, kənar adamların əvvəlcədən çəkdiyi şəkilləri sənədlərin arasına qoyur,abituiyent çəkən şəkilləri isə cırıb tullayır.İmtahandan məqbul alanlara qiymət vərəqəsi imtahan başa çatan kimi verilməli olduğu halda, gecə verilir.
Hörmətli Məleykə xanım,xalqımızın qabiliyyətli gəncləri Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov tərəfindən məhv olunur,kim pul verirsə ona qiymət yazırlar.Nəsimi Məmmədov ixtisasca kimyaçı olmağına baxmayaraq,bədən tərbiyəsi və idmandan qabiliyyət imtahanı ğötürür.Gəncə universitetlərində qabiliyyət imtahanlarının qiyməti 5000 manat civarında dəyişir.
Hörmətli Məleykə xanım, bizdə olan məlumata görə Siz oktyabrın 21-də Şəmkirdə görüş keçirəcəksiniz.Əgər bürokratik əngəllər olmasa, biz Sizin qəbulunuza gələcəyik.Xahiş edirik ki,Nəsimi Məmmədovun haqqında lazımi tədbirlər görəsiniz.

Hörmətlə,bir qrup ziyalı
Gəncə şəhəri
Abbas Məmmədov,Aynur Əhmədova,Töhfə Əliyeva, Bilqeyis Kazımova,Bahəddin Xəlilov,Mirzə Mustafayev,Asəf Həsənov,Rahim Mehdizadə,Mehdi Hüseynov,Nəbi Yusifov,Qurban Kazımov,Mustafa İsmayılov,Seyfəddin Əliyev,Sabir İsmayılov, Vilayət Məmmədov.

xalqxeber.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt