Mikayıl Cabbarovdan Xuraman Rüstəmovaya sərt tələb: “Ərizəni yaz işdən çıx…”

Mikayıl Cabbarovdan Xuraman Rüstəmovaya sərt tələb: “Ərizəni yaz işdən çıx…” Oktyabdın 16-da Təhsil naziri Füzuli rayonunda Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Məlumata görə keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, eləcə də bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, işə qəbulu , işə bərpa olunması, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda iştirak edən Aşığlı 2 kənd tam orta məktəbinin qanunsuz işdən çıxarılan keçimiş direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Fazil Əsəd Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın qanunsuz hərəkətlərindən, eləcə də qeyri qanuni yolla müəllimlərin işə götürməsi, məktəb direktorlarına hədə qorxu gələrək işdən uzaqlaşırması və yerlərinə qanunsuz təyinatlar aparması ilə bağlı nazirə şikayətlər edib. Mikayıl Cabbarov təhsil şöbəsinin müdiri ilə bağlı çoxsaylı şikayətləri dinlədikdən sonra yerində qərar qəbul edib. O, Xuraman Rüstəmovaya ərizəsini yazaraq işdən çıxmasını məsləhət görüb.

Realmedia.az
Geri qayıt