Şəki sakinindən Səlim Müslümova SENSASİON MÜRACİƏT

Şəki sakinindən Səlim Müslümova SENSASİON MÜRACİƏT Rəhimə Novruzəliyeva: “Mənim on il işsiz və kasıb qalmağımın səbəbi yalnız eşitmə cihazı ilə təmin olunmamamdır”

“Hər 3 ildə bir dəfə mənə verilməli olan "eşitmə cihazı"nı nə siz vermək istəmirsiz, nə də birbaşa tabeliyinizdə olan kadrlar”
Şəki şəhər M.Ə.Rəsulzadə prospekti bina 168\ 21 də yaşayan Novruzəliyeva Rəhimə Adışirin qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəllif qəzetimiz vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova müraciət edərək yazır:

“Cənab Nazir!

3 oktyabr 2017 tarixində ölkə mətbuatında gedən rəsmi açıqlamanız məni bir daha sizə müraciət etmək məcuriyyətində qoydu. Çünki bu vaxta qədər dəfələrlə müraciət etmişəm, bir neçə dəfə şəxsən ƏƏSMN-ə gəlmişəm, amma nəinki problemimə diqqət edilib, hətta vəziyyət daha da qəlizləşib. ƏƏSMN-nin tabeliyində olan yerli (rayon) qurumlarına 06.03.2017 tarixində rəsmi məktubla müraciət etmişəm. Həmin qurumların mənə verdiyi cavab isə konkret bundan ibarətdir (QOŞMA 1). Axı mən niyə Respublika Protez -Ortopedik Mərkəzin direktoruna zəng etməliyəm? Axı o, niyə öz vəzifə borcunu yerinə yetirmir?
Cənab Nazir! Mən 02.03.2007-ci il tarixindən rəsmən "İkitərəfli Koxlear-Nefrit VI dərəcə ağır eşitmə" diaqnozu ilə II qrup əlil kimi qeydiyyatdayam. Lakin bu 10 il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məni "eşitmə cihazı" (nauşnik) ilə təmin etməyib. Doğrudur, bu 10 ilin 6 ili Füzuli Ələkbərovun nazir olduğu dövrə təsadüf edir. Lakin bu hal sizə və nazirliyin Şəkidəki yerli qurumlarına haqq qazandırmır. Çünki məni işlə təmin etmək üçün, ilk növbədə qanuni olaraq eşitmə cihazı ilə təmin edilməli idim.

Qanunun maddəsi:

Əlilliyin vəuşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması ,əlilllərin və sağlamlıq imkanları məhddud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında Qanunun 42 Maddəsinə əsasənƏlillər,sağlamlıq imkanları məhdud uşaqlar tibbi xidmətlə,tibb müəssisələrinə göndərişi ilə ölkə hüdudları daxilindəsanatoriya-kurort müalicəsi ilə,həmçinin protez-ortopediya məmulatı, diş protezləri( qiymətli metallardan hazırlanan protezlər istisna olmaqla)əlil kreslo arabaları və veloarabalar, bərpa vasitələri ilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən olunmuş qaydada təmin edilirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002 ci il 8 iyul tarixli,103 nömrəli qərarı ilə təsdiq edilmiş "İkinci Dünya Müharibəsi iştirakçılarının protez-ortopediya məmulatları, əlillərin, sağlamlıq imkanları məhdud uşaqların, fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərək ziyan çəkmiş vətəndaşların protez-ortopediya məmulatları, əlil-kreslo-veliarabaları, texniki və başqa reabilitasiya vasitələri ilə təmin edilməsi Qaydalarının" 1.2-ci bəndinə əsasən əlillərə, sağlamlıq imkanları məhdud uşaqlara (əmək zədəsi və peşə xəstəliyi səbəbindən əlil və ya sağlamlıq imkanları məhdud olan şəxslər istisna olmaqla) protez-ortopediya məmulatları dövlət büdcəsi hesabına PULSUZ verilir.
Həmin qaydaların 1.4-cü bəndinə əsasən, 1.2-ci bənddə göstərilən şəxslərin bütün növlərdən olan protez-ortopediya məmulatları və digər reabilitasiya vasitələri ilə təmin edilməsini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyindəki protez-ortopediya bərpa mərkəzləri(bundan sonra-mərkəz) səyyar, ambulator və stasionar formada həyata keçirir.
Həmin Qaydaların 2.4-cü bəndinə əsasən eşitmə aparatları hər bir şəxsə bir komplekt olmaqla surdoloqun tibbi rəyi əsasında üç il müddətinə verilir”.
Cənab Nazir! Təəssüf ki, bu günə qədər mənim ƏƏSMN-ə etdiyim müraciətlər cavabsız qalıb. Siz 3 oktyabr 2017-ci il tarixli açıqlamanızda Azərbaycanda 890 000 (səkkiz yüz doxsan min) qadının işsiz olduğunu, lakin onların işləmək istəmədiyini qeyd etdiniz. Deyim bilin, o 890 000 işsiz qadından biri də mənəm. Cəmi 55 manat əlil müavinətinin ümidinə qalan işsiz qadın, eşitmə cihazı olmaması səbəbindən nə özümə iş tapa bilmirəm, nə də Şəki Məşgullluq İdarəsi məni işlə təmin etmir, edə bilmir və ya işlə təmin etmək istəmir. Üstəlik, heç bir səbəb göstərmədən məni "özünüməşgulluq"layihəsindən kənarlaşdırıb. Bir neçə səbəb var:

1) Mən eşitməsini itirmiş insanam(sağlamlığı yerində olan qadınları "adamsız" və rüşvətsiz işə qəbul etmirlər, nəinki məni.

2) Şəki Şəhər İcra Hakimiyyətinin səlahiyyətlilərinin ta 2003-cü ildən bu vaxta qədər mənimlə davam edən qərəzliliyi və düşmən münasibəti.

Bir daha nəzərinizə çatdırım ki, mən 03.05.2017-ci ildə Şəki Məşgulluq İdarəsində işsiz kimi qeydiyyata alınmışam və 2016-cı il üçün "Özünəməşgulluq" layihəsində iştirak etmək üçün müraciət etmişəm. Müraciətim qəbul olundu. Mənim "Özünüməşgulluq" layihəsinə 3 təklifim vardı.

1.Kitab dükanı

2.Kiçik bir istixana (parnik)

3.Kiçik bir şirniyyat sexi.

Şəki Məşgulluq İdarəsində sənədimi yazanda oradakı əməkdaşın məsləhəti ilə (onun təcrübəsinə güvənərək) "KİTAB dükanı" təklifimi qeyd etdim, digər iki təklif də nəzərə alınmaqla. Yəni 3 təklifdən hansı keçsə razı idim ki, aylıq normal gəlirim olsun. Amma əsas təklifim "KİTAB DÜKANI" kimi qeyd olunub. Sənədin surəti FAKT olaraq məndə var. Lakin yenə sizin rəhbəri olduğunuz Nazirliyin yerli kadrı Elçin Salamov mənə qarşı qərəzli mövqedə dayandı və məni adıçəkilən layihədən kənarlaşdırdı. Elçin Salamova məni layihədən kənarlaşdırmağı kim göstəriş vermişdi, bilmirəm. Amma tam qəti əminəm ki, Şəki rayon rəhbərliyinin 2003-cü ildən mənə qarşı başlayan və bu günə qədər də davam edən qərəzliliyi ortadadır.
Yerigəlmişkən nəzərinizə çatdırım ki, siz təzəlikcə nazir təyin olunanda eks-nazir Füzuli Ələkbərovun kadrı olan Şəki Sosial Müdafiə Mərkəzinin (o vaxt belə adlanırdı) müdiri Məmməd Nəsibovu mənim haqlı şikayətim əsasında işdən qovdunuz. Çünki o, mənə verilməli olan "ünvanlı sosial yardım"ı mənimsəmişdi. Bu fakt Şəki İcra Hakimiyyətinin yerli kadrları tərəfindən hələ də unudulmayıb . Və hər hansı müraciətimə rədd cavabı verməklə məndən qisas alırlar.
Əgər nazir olaraq məhz sizin səlahiyyətinizdə olan işlərə Şəki rayon rəhbərliyi müdaxilə edəcəksə, onda sizin ölkədə mövcud olan sosial problemləri və xüsusən də 890 000 qadının işsizliyi kimi ağır problemi aradan qaldıracağınız mümkünsüz görünür. Daha qeyd edib xatırladım ki, siz ölkəboyu bütün kateqoriyalardan olan əlillərə ev, maşın, əlil arabası və s. lazımi reabilitasiya avadanlıqlarını şəxsən təqdim edirsiniz və bütün bunları KİV geniş işıqlandırır. Lakin 2007-ci ildən bu günə qədər olan 10 il ərzində hər 3 ildə bir dəfə mənə verilməli olan "eşitmə cihazı"nı nə siz vermək istəmirsiz, nə də birbaşa tabeliyinizdə olan kadrlar.

Cənab Nazir!!

Bu qanunsuzluğu hansı məntiqlə izah edərdiniz?”.

Və mənim ƏƏSMNni məhkəməyə verib on illik təzminat tələb etmək hüququm var.
Şəki sakinindən Səlim Müslümova SENSASİON MÜRACİƏT
Şəki sakinindən Səlim Müslümova SENSASİON MÜRACİƏT
Şəki sakinindən Səlim Müslümova SENSASİON MÜRACİƏT

Geri qayıt