Ziya Məmmədovun xalası oğlu idarə işçilərinə məcburi pambıq yığdırır

Ziya Məmmədovun xalası oğlu idarə işçilərinə məcburi pambıq yığdırır Ucarda bu ilin əvvəlində məcburi pambıq əkini ilə bağlı yaranan problemlər hələ də həllinin tapmayıb
Daxil olan məlumata görə, idarə və təşkilatlarda işləyələr məcburi əkdirilən pambığı yığmağa cəl olunur. Kəndlilər ucuz olduğu üçün yığmaqdan imtina edirlər.
Buna görə də Ucar RİH başçısı Mənsur Məmmədovun göstərişi ilə rayon mərkəzində yaşayan, işləyən büdcə təşkilatları işçilərini pambıq yığmağa cəlb edirlər.
İşçilər bu hadisəyə etiraz edə bilmirlər. Çünki işdən azad edilməkdən qorxurlar. Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun xalası oğlu olan Mənsur Məmmədov əvvəllər Göyçayın icra başçısı işləyib.
Nazirin vəzifədən çıxarılmasından sonra onun da istrfaya göndəriləcəyi gözlənilirdi. Amma gələn xəbərlərə görə, Ucarın icra başçısının işinə 15 dekabrdan sonra baxılacaq.
M.Məmmədov isə hansı regiona rəhbərlik edibsə, orada narazılıq yaradıb. İndi də öz doğma rayonunda büdcə təşkilatlarının işçilərini pambıq yığmağa məhkum edib.
Kəndlilər isə bu sahədə ciddi gəlir olmadığı üçün özlərini əziyyətə vermirlər. Büdcə təşkilatlarında çalışan adamların yığdığı pambıq isə sırf mərkəzə hesabat vermək üçün formal xarakter daşıyır.
Hazırda rayonda gərginlik və narazılıq olduğu bildirilir. Büdcə təşkilatlarının müdirləri isə işçiləri səbrli olmağa çağırır və müvəqqəti olduğunu söyləyirər.
Daxil olan məlumata görə, Ucar rayon icra başçısı, adı tez-tez mətbuatda hallanan Mənsur Məmmədov üçün karyerasının finişi çatıb.
M.Məmmədov Göyçaydan Ucara icra başçısı təyin olunub və hər iki rayonun büdcəsini talamaqla məşğul olub. Onun bu rayonlarda hektarlarla ərazisi, villaları, obyektləri var.
Nazir qohumunun himayəsi hesabına uzun müddət vəzifə tutmuş M.Məmmədov tunelin sonuna çatdığını görür.
Z.Məmmədovdan sonra onun da yola salınacağı kifayət qədər realdır.
Bu yaxınlarda sabiq nazirin bacısı lisey direktoru vəzifəsindən azad edildi. Bu “təmizləmə” siyasətinin davam edəcəyi gözlənilir.
Bundan qabaq Göyçaya başçılıq etmiş Mübariz Ağayev “vuruldu”. İndi növbənin M.Məmmədova çatdığı deyilir. M.Məmmədovun Göyçayda da biznesi, villaları qalıb.
Mənsur Məmmədov Göyçaydakı əməllərini Ucarda davam etdirir, müavini Şəhla Abdullayeva analıq məzuniyyətinə çıxan işçilərin əvəzetmə pullarını alır. Ucarda bağça müdirlərinə haqq qoyulub.
Bir neçə ay əvvəl rayon icra hakimiyyəti şəhərdəki evlərin dam örtüklərinin dəyişdirilməsinə qərar verib. Lakin dövlət tərəfindən rayona ayrılan maliyyə vəsaitinin deyil, müəllimlərin hesabına.
Geri qayıt